Səfər Mehdiyevin Vəzir Həsənovu daha müdafiə etmir...

Bununla bağlı DİA.AZ-ın əldə etdiyi informasiyalardan aydın olur ki, artıq sözügedən fakt diqqətə alınıb və Sumqayıt Gömrük İdarəsinin işinin dövlətin müvafiq qurumları tərəfindən araşdırılması qərarı verilib.
Məlumatlı mənbənin söylədikləri: "Həm Hesablama Palatası və həm də Maliyyə Nazirliyinin ekspertlərinin araşdırmaya başlaması gözlənilir. Maraqlıdır ki, bu məsələdə DGK rəhbərliyini yaxasını kənara çəkməklə yanaşı, həm də yoxlamaların SİFARİŞÇİSİ kimi təqdim olunmağa çalışır".
Mənbə bildirir ki, Səfər Mehdiyevin Vəzir Həsənovu bu prosesdə tək buraxması gözlənilən idi: "Çünki Səər Mehdiyev bu vaxta qədərki fəaliyyətində eyni dəst-xətti hər zaman nümayiş etdirib. O, daha iri fiqurları zərbə altında qoyub. Ona görə də Vəzir Həsənov DGK sədri üçün olduqca əhəmiyyətsiz birisidir".
Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
347 dəfə oxundu