BDU-da qohumbazlıq, traybalizm, kollektivə qarşı saymamazlıq

BDU-da qohumbazlıq, traybalizm, kollektivə qarşı saymamazlıq

Azərbaycan Respublikasının Təhsil naziri, BDU-nun Himayəçilər Şurasının sədri Ceyhun Bayaramova
Hörmətli Ceyhun müəllim!


Himayəçilər Şurasına Rəhbərlik etdiyiniz Bakı Dövlət Universitetində nələrin baş verməsindən xəbəriniz varmı?

Universiteti qohumbazlıq, traybalizm, kollektivə qarşı saymamazlıq, rektor ədabazlığı və ərköyünlüyü bürüyüb. Elçin Babayev baldızı Ləman Hüseynbəylini həm özünə köməkçi, həm də onu "Ümumi şöbə"yə müdir təyin edib. Mənə verilən məlumata görə Univerisiteti bu qadın və Tədris hissə müdiri, qohumu Elçin Məmmədov idarə edir. Elçin Məmmədov facebok-da troll qrupuna rəhbərlik edənlərdən biridir- Gundeminfo.az xəbər verir ki, bu sözləri təhsil eksperti Etibar Əliyev deyib.

Etibar Əliyev daha sonra bildirib ki, rektor bacısının yoldaşı, vaxtilə polis işçisi olmuş Fikrət Heydərovu "Ümumi İşlər üzrə" müşavir vəzifəsinə təyin edib.

Tələbə Gənclər Təşkilatının rəhbəri Nicat İsmayılov tələbələri dərsdən ayırmaqla "troll qrupuna" cəlb edib. Müavini Rəcəb Məmmədazadə onun bu işlərdə aktiv dəstəkçisidir. Həm də Babayevin yaxın sirdaşı Ləman Hüseynbəylinin sürücüsüdür. Mən bunların adını çəkməklə onları cəmiyyətə təqdim etmək istədim və məqsədim bu cür adamları tanıtmaqdır.

Belə nalayiq hərəkətlər Bakı Dövlət Uiversitetində heç vaxt baş verməyib və 100 yaşı tamam olan univeristetin tarixinə ləkədir.

Gundeminfo.az bildirir ki, sonda ekspert BDU-da baş verənlərlə bağlı təhsil nazirinə müraciət edir:

- Hörmətli Ceyhun müəllim!

Sizin adınıza da ləkə gətirən bu cür hərəkətləri durdurun.
Bakı Dövlət Universitetində baş verən biabırçılıqlarla bağlı qısa müddətdə mövqeyinizi ortaya qoymağınızı Sizdən xahiş edirəm. Nəzərə alın ki, bu cür qeyri-mənəvi və qeyri-əxlaqi hərəkətlərə bilərəkdən 100 illikdə yol verilməklə Sizin də nüfuzunuza xələl gətirilir.

Hörmətlə; Təhsil nazirliyinin yanında İctimai Şuranın üzvü Etibar Əliyev

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
82 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...