Vüsal Kərimli insanlara niyə ancaq zülm etmək haqda düşünür?

Vüsal Kərimli insanlara niyə ancaq zülm etmək haqda düşünür?

Redaksiyamıza müraciət edən Səbail rayonu Şıxov qəsəbəsinin sakinləri Bakı Nəqliyyat Agentliyinin fəaliyyətindən giley edirlər. Sakinlər DİA.AZ-a bildirirlər ki, onlar dəfələrlə sözügedən quruma müraciət etsələr də, hər dəfəsində etdikləri müraciət ya qulaqardna vurulub, ya da tamam fərqli formada reaksiyaya səbəb olub.

Sakinlər dia.az-a yazır: "Biz Şıxov qəsəbəsi Salyan şosesi 12-ci massiv deyilən ərazidə yaşayırı və 30-dan artıq ailə dəfələrlə BNA-ya müraciət etsək də, bizim yaşadığımız massivin yaxnlığında avtobus dayanacağının qoyulmasına heç cürə nail ola bilmirik.

Qeyd edək ki, yağışlı-küləkli soyuq günlərdə körpə uşaqlarmız çətinl şəraitdə avtobus gözlədiyindən BNA-ya rəsmi qaydada bir neçə dəfə müraciət etmişik. Hətta BNA-nın mütəxəssisləri əraziyə gəlib baxış da keçiriblər. Lakin yenə də Vüsal Kərimli əacib addımı ilə hamını heyrətləndirib.

Çünki biz müraciət etsək də BNA-nın işçiləri Şıxovun çimərlik istiqamətində lüzumsuz olaraq əlavə iki avtobus dayanacağı qoysa da, bizim əraziyə birini belə rəva görməyib. Görünür, Vüsal müəllim dövlətin pullarını havaya soburmağa öyrəşib. Əgər belə olmasaydı, heç bir yaşayış yerinə yaxın olmayan ərazidə dayanacaq qoyub, dövlətin vəasitini boşuna sərf etməzdi.

Halbuki bizim tələb etdiyimiz ərazidə həmin dayanacağa daha çox ehtiyac var. Görünəni budur ki, Vüsal Kərimlinin məqsədi Prezidentin məmurlar qarşısında qoyduğu tələbdə olduğu kimi XALQA XİDMƏT yox, XALQA ZİLLƏTDİR!".

Sakinlərin şikayəti ilə bağlı BNA-nın mövqeyini öyrənə bilməsək də, nəyi necə izah edəcəkləri çox maraqlı olduğundan hər halda dinləməyə hazırıq...

Mövzu diqqətimizdədir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
399 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...