"Gömrük komitəsi monopoliyanın himayə edir" - iddia-fotofakt

"Gömrük komitəsi monopoliyanın himayə edir" -

"Hörmətli İqtisadiyyat nazirliyi (vergilər də daxil), hörmətli Gömrük komitəsi bəlkə siz məsləhət verəsiniz mən bu sənədi necə xərclərə salım.. Bəyəm siz bilmirsiniz ki, gömrük saxlanc anbarı hər kəsə belə bir kağız parçası verir və gəlirlərini gizlədir? Mənə gömrük daxilindən verilən məlumatlara görə kim necə dirəşməyindən asılı olmayaraq gündə minlərlə daxil olan avtomobillərin heç 2-3% rəsmiləşdirilir və hər kəsə belə bir "qəbz" verilir, gömrük deyir ki, təsərrüfat hesablı terminaldır və biz ona təsir edə bilmərik həm də gömrük postu olan yerdə niyə gömrük rəsmiləşdirilməsi guya idarədən kənarda aparılır deyə 240 manat alırsınız? O zaman elektron izləmə varsa niyə bizim yükümüz Gürcüstanda olduğu kimi öz anbarımıza yönləndirilmir və məcburən belə terminallara yönləndirilir?

Deməli sizə də xeyirdir onlara da, məntiq isə bu halda bir şeyi təsdiq edir: Gömrük komitəsi monopoliyanın himayə edir və süni qiymət artımı yaradır, ona görə ləğv olunub xidmət, prosedur orqanı səviyyəsinə gətirilməlidir..

P.S. Belə "mexanizmlər" idxalçıların hamısının başına gətirilir deyə paylaşıram..".
"Gömrük komitəsi monopoliyanın himayə edir" -

Gundeminfo.az xəbər verir ki, bu sözləri iş adamı, sabiq deputat Nazim Bəydəmirli bildirib. O sosial şəbəkə üzərindən Dövlət Gömrük Komitəsinin iş adamlarına yaradılan problemlərdən bəhs edib. İş adamlarının əlavə süni xərclərə salındığını iddia edib. İddia üzrə göstərilən sənədi də təqdim edirik:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
423 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...