"AAAF Park" sakinlərini dinləyən yoxdur...

"AAAF Park" sakinlərini dinləyən yoxdur...

1 həftə öncə Xırdalanda “AAAF Park” yaşayış kompleksində “İstilik” şüarı ilə aksiya edən sakinlər binalara qazın verilməsini tələb edirlər. 5 ildir "AAAF"-da yaşasalar da, sayğac borcu üzündən binalarına qaz verilmir.

DİA.AZ xatırladır ki, ötən il binalara mərkəzi istilik sistemi verilib, amma bu ildən o da dayandırılıb. Soyuq havalarda elektrik enerjisi hesabına evlerini isidənlər bu səfər işıq problemi ilə də üzləşiblər. Transformatorlar yükləndiyindən, işığın verilişində kəsintilər olur.

“AAAF” sakinlərinin şikayətləri kommunal problemlərlə də bitmir. A və B kompleksində yaşayanlar deyir ki, blokların çoxunda liftlər işlək vəziyyətdə deyil.

AAAF Holding idarə heyətinin sədri Rəşad Əliyev bildirir ki, sakinlərin 257 min manat sayğaclara borcu olduğundan qazın verilişi ləngiyir.

Həmçinin Rəşad Əliyev borclardan dolayı şirkətin yeni liftlər almağa gücü çatmadığını deyib. Elektrik enerjisinin verilməsi isə transformatorların dəyişməsi ilə tamamən həll olunub.

“AAAF Park” sakinləri ötən il də yolu bağlayaraq işıq, qaz tələbi ilə aksiya keçirmişdilər.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
41 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...