Adı FETO-yla hallanan məmur deputat olmaq istəyir

Adı FETO-yla hallanan məmur deputat olmaq istəyir

Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini, Gənclər Təşkilatları Milli Şurasının keçmiş sədri Şahin Seyidzadə Azərbaycanda 9 fevral 2020-ci il tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək. Editor.az xəbər verir ki, Ş.Seyidzadə namizədliyini 50 saylı Abşeron-Qobustan seçki dairəsindən irəli sürüb.

Lakin Şahin Seyidzadənin deputatlığa namizədlik məsələsi ictimaiyyət tərəfindən bir qədər müəmma ilə qarşılanıb. Çünki, Ş.Seyidzadə 27 dekabr 2019-cu ildə dairə açıqlamadan seçkilərdə iştirak edəcəyini elan etdikdən sonra prosesin gedişi ilə bağlı hər hansı açıqlama verməyib. Bütün digər namizədlərdən fərqli olaraq, Şahin Seyidzadə bəlli olmayan səbəblərdən öz namizədliyini az qala dövlət sirri kimi gizlədib və yalnız namizədliyi qeydə alındıqdan sonra 10 yanvar 2020-ci ildə seçkiyə qatılacağı dairəni açıqlayıb. Onun seçki prosesində hansı dairədən iştirakı, imzatoplama kampaniyası və digər məsələlər ümumiyyətlə ictimaiyyətdən gizli saxlanılıb.

Seyidzadənin bu şübhəli seçki taktikasını şərh edən ekspertlərin sözlərinə görə, Ş.Seyidzadə onsuzda kövrək olan namizədlik iddiasına qarşı güclü bir rəqibin meydana çıxacağından və medianın diqqətinə gələcəyindən ehtiyat edib.

Araşdırmalar göstərir ki, Ş.Seyidzadənin öz namizədlik prosesini maksimum şəkildə media və ictimaiyyətdən gizlətməyə çalışmasının mühüm və haqlı səbəbləri varmış.

Medianın monitorinqi sübut edir ki, Təhsil İnstitutunun direktor müavininin adı mətbuatda indiyədək bir sıra qalmaqallı olaylarda hallanıb və ünvanına xeyli ittihamlar tirajlanıb.

Məsələn, Axar.az saytında dərc olunan “FETÖ-nün Azərbaycandakı məmur agentləri – Sensasion adlar” adlı məqalədə Şahin Seyidzadə FETÖ-nün təhsil sahəsindəki əsas simalarından biri kimi təqdim olunur. Biz bu ittihamların nə qədər həqiqəti əks etdiyini deyə bilməsək də, qeyd etməliyik ki, ittihamlar Şahin Seyidzadə tərəfindən indiyədək rəsmi şəkildə təkzib edilməyib.

Ş.Seyidzadə namizəd olacağı dairəni hər nə qədər gizli saxlasa da, hazırda onu olduqca güclü rəqiblərlə mübarizə gözləyir. Direktor müavini seçki kampaniyasında məşhur xeyriyyəçi iş adamı Hacı Quliyev və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyevlə mübarizə aparmalı olacaq.

//Editor.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
638 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...