Bur tibb ocağı yox, qəssabxana imiş... -

Bur tibb ocağı yox, qəssabxana imiş... -
Bir neçə gün gün bundan öncə redaksiyamıza Beyləqan rayonu, Qaradağlı kənd sakini Hüseynov Süleyman Əkbər oğlu adlı şəxs tərəfindən şikayət ərizəsi daxil olub.

Adı çəkilən bu şəxsin ailə üzvləri aylar öncə müəyyən problemlərlə üz-üzə qalırlar və belə bir səbəb üzündən də, Süleyman Hüseynovgil qeyd olunan problemin ictimailəşdirilməsinə qərar verirlər. Elə ki, Beyləqan rayon sakininin redaksiyamıza təqdim etdiyi şikayət ərizəsinin mahiyyəti ilə yaxından tanış olduq, o halda bəlli oldu ki, and içdiyi “Hippoktar andı”na sadiq olmayan, atdığı addımlarına görə peşimançalıq hissi keçirməyən və bu gün Bakı şəhəri, Binəqədi rayonunun Atatürk prospektində fəaliyyət göstərən “Medical Plaza” klinikasında çalışan, ixtisasca ginekoloq olan Mehman Həmzəyevi “top atəşi”nə tutmaq üçün, kifayət qədər əsaslar var. Sən demə bu şəxs “Medical Plaza” kimi nüfuzlu səhiyyə müəssisəsində çalışmasına baxmayaraq o, gələcəyə az-çox ümidi olanların “ümidini söndürməklə” məşğul olur.

Belə ki, şikayətçi Süleyman Hüseynov yazır ki, “Beyləqanda yaşasaq da, biz yaxın tanışlarımızdan birinin vasitəsilə gəlinimiz Hacıyeva Aydan Məhəmməd qızını müayinə və müalicə etdirmək məqsədilə “Medical Plaza” klinikasının qadın xəstəlikləri və doğum şöbəsində çalışan, ixtisasca ginekoloq olan professor Mehman Həmzəyevin yanına gətirdik. O, gəlinimizi altı ay ərzində müayinə və müalicə etdi. Ötən aylar ərzində müayinə və müalicə işlərinə 2 min manatdan çox xərcimiz çıxdı. Günlərin birində rayonda olarkən Aydan Hacıyevada bərk ağrılar baş qaldırdı, məhz belə bir səbəb üzündən də, təcili biz onu rayondakı həkimə çatdırmalı olduq. Həkimlər gəlinimizi bir qədər müayinə etdikdən sonra bildirdilər ki, “onun bətnindəki körpənin baş hissəsinə su yığılıb və ağrılar da belə bir səbəb üzündən baş verir”. Ona görə də, biz həkimlərin məsləhəti ilə Aydan Hacıyevanı təcili Bakıya çatdırmalı olduq. Elə ki, onu altı ay ərzində müayinə və müalicə etmiş Mehman Həmzəyevin yanında olduq, o halda o da, baxıb bildirdi ki, “bəli, ana bətnindəki körpənin baş nahiyəsinə su yığılıb”. Mehman həkim gəlinimizi üç-dörd gün ərzində bir daha müayinə və müalicə etsə də, son anda hansısa nəticəni əldə etmək mümkün olmadı. Çünki, onun da son qərarı o oldu ki, “mütləq uşaq ana bətnindən salınmalıdır”. Hətta o, onu da qeyd etdi ki, “uşağın ana bətnindən salınması üçün, səhv etmirəmsə əlavə 480 manat ödəniş də ödəməlisiniz” dedikdə, sanki şoka düşdük. Çünki, bu şəxsin altı ay ərzində müayinə və müalicə işləri aparmasına görə, üstüstə 2 min manatdan çox xərcimiz çıxmışdı və son anda da heç bir nəticəni əldə etmək mümkün olmadı.

Onu da bildirim ki, həmin vaxtlarda Aydan Hacıyeva bir neçə gün idi ki, Bakı şəhərində yaşayan anasıgildə qalırdı. Günlərin birində bir daha onda bərk ağrılar baş qaldırdı və ağrıların baş qaldırdığı gün həftənin bazar gününə təsadüf etdiyindən, biz onu “Medical Plaza” klinikasına deyil, məhz M.N.Qasımov adına Respublika Klinik Xəstəxanasına çatdırmalı olduq. Adı çəkilən bu səhiyyə müəssisəsində həkimlər gəlinimizi bir qədər müayinə etsələr də, baş verən problemin qarşısını almaq heç cür mümkün olmadı. Ona görə də, həkimlər uşağı ana bətnindən salmağa məcbur oldular. Düşünürük ki, belə bir problemin əmələ gəlməsi, birbaşa Mehman həkimin qeyri-peşəkar mütəxəssis olması səbəbindən baş verdi. Çünki, zənnimizcə bu şəxs öncədən bilməli idi ki, ötən altı ay ərzində gəlnimizin müayinə və müalicəsi necə gedir və son anda hansı nəticəni əldə etmək mümkün olacaq. Axı, bu şəxs aparıcı səhiyyə müəssisələrindən birində çalışır və ixtisasca da ginekoloq həkimdir. Əgər aparılan müayinə və müalicənin heç bir nəticəsi olmadısa, o halda sual oluna bilər ki, bəs bizə dəyən maddi ziyanı kim ödəməlidir?”

Bəli, istənilən halda baş verən olay olduqca xoşagəlməz hal olmaqla bərabər, Mehman Həmzəyevin fəaliyyətini şübhə altına alan halın varlığı deməkdir. Ona görə biz də belə bir qənaətə gəlmişik ki, insan taleyinin incəliklərini saya salmayan, üzərinə düşən vəzifə borcunu lazımınca yerinə yetirməyi bacarmayan hər bir həkim, o cümlədən Mehman həkim də öncədən məsuliyyətini dərk etməyi bacarmalıdır.

Bu yöndə araşdırmamızı davam etdirib, hər kəsi daha ətraflı məlumatlarla xəbərdar etməyə çalışacağaq.
Odur ki, bizi izləməyi unutmayın. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
GundemXeber.Az

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
106 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...