Milli Məclisə - TƏKRAR SEÇKİLƏR KEÇİRİLƏCƏK

Milli Məclisə -

Milli Məclisə seçkilərlə əlaqədar nəticələri ləğv edilmiş dörd seçki dairəsində yenidən seçkilər keçiriləcək.

FED.az məlumat verir ki, bu, Seçki Məcəlləsi ilə tənzimlənir.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilən iclasında parlament seçkiləri ilə əlaqədar dörd seçki dairəsinin nəticələri etibarsız sayılıb.Qanunun 172-ci maddəsində bildirilir ki, seçkilər müvafiq seçki dairəsi üzrə etibarsız sayılarsa və seçkilərin yekunları təsdiq edilməzsə, Mərkəzi Seçki Komissiyası (MSK) təkrar seçkilər keçirir.

Belə ki, 33 saylı Xətai Birinci Seçki Dairəsi, 35 saylı Xətai Üçüncü Seçki Dairəsi, 74 saylı Lənkəran Kənd Seçki Dairəsi və 80 saylı İmişli-Beyləqan Seçki Dairəsinin nəticələri ləğv edilib.

MSK-nın açıqladığı ilkin rəsmi nəticələrə görə, həmin dairələrdə müvafiq olaraq Hüseynbala Mirələmov, Rauf Arifoğlu, Hadi Rəcəbli və Çingiz Qənizadə lider namizəd idilər.

Xatırladaq ki, 2015-ci ilin noyabrında V çağırış Milli Məclisə seçkilərdə 90 saylı Ağdaş Seçki Dairəsinin də nəticələri ləğv edilmişdi.

Bundan sonra Prezident İlham Əliyev həmin dairə üzrə Milli Məclisə təkrar seçkilərin təyin edilməsi haqqında (2016-cı ilin iyunun 18-nə) sərəncam imzalamışdı.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
104 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...