Əsabil Qasımovun qardaşına qarşı iddia

Əsabil Qasımovun qardaşına qarşı iddia

Millət vəkilinin qardaşı tərəfindən aldadılan vətəndaş yenidən I vitse-prezidentə müraciət edirSabiq millət vəkili Əsabil Qasımovun doğma qardaşı Vüqar Qasımov İlqar Seymur oğlu Əliyevi aldadaraq saxta müqavilə ilə satdığı 67 000 manat dəyəri olan "SHACMAN" markalı yük avtomaşınını sonra QOÇUları ilə ZOR gücünə əlindən almış, aldığı pulu geri qaytarmaq əvəzinə hədə-qorxu gəlməkdən belə çəkinməmişdir

Onu da xatırladaq ki, bundan əvvəl Vüqar Qasımovun adı müxtəlif DƏLƏDUZLUQ ittihamlarında hallanıb. Qardaşı Əsabil Qasımova arxalanan Vüqar Qasımovun DƏLƏDUZLUĞU barədə İlqar Əliyev Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya TƏKRAR MÜRACİƏT ünvanlayıb.

Kainat.tv bu müraciəti təqdim edir:

Hörmətli Mehriban xanım!

Sizə 06.11.2016 il tarixli şikayətimdə Milli Məclisin deputatı Əsabil Qasımovun doğma qardaşı Vüqar Qasımova əlimlə verdiyim pulu ala bilmədiyim, altıncı ildir bu qalmaqlda olduğumu yazmışdım.

"A-TRANS-MOTORS" ММC ilə bаğlаdığım 09 avqust 2012- ci il tarixli alqı - satqı müqaviləsinə görə 67 000 manat dəyəri olan "SHACMAN" markalı yük avtomaşınını almışam, ilkin olaraq 26 000 manat ödəmişəm, avtomaşının qalan dəyərini isə cədvəl üzrə ödəməyə başlamışam. Sonra özünü bu şirkətin direktoru kimi təqdim edən Vüqar Qasımov məni aldadaraq müqavilənin məndə olan nüsxəsini almış və 10 dekabr 2013-cü il tarixdə həmin avtomaşının dəyəri 32 400 manat göstərilən yeni müqavilə bağlamağı təklif etmiş, mən də imzalamışam. Bu iki müqavilə üzrə faktiki 49 020 manat nəqd ödəmişəm, sənədlərlə sübut olunan və qətiyyən təkzib olunmayan 45 420 manat ödədiyimə baxmayaraq, şirkətin sahibi Vüqar Qasımovun göstərişi ilə 2014-ğü ilin yanvarında avtomobil zor gücü ilə onun qoçu dəstəsi tərəfindən məndən alınmışdır. Bu günə kimi nə avtomaşın, nə də ödədiyim pul mənə qaytarılmamışdır.
Məhkəmə prosesləri başladı.
Bakı şəhər Nəsimi rayon məhkəməsi 2(2006)-5118/2016 saylı iş üzrə 29 avqust 2016 il tarixli qətnaməsi ilə mənim iddiamı 45 420,00 AZN həcmində təmin etdi. Ancaq Bakı Apellyasiya Məhkəməsi (hakimlər Bağırova M.A., Məmmədov M.A., Məmmədov S.Ə.) 15 fevral 2017 il tarixldə həmin qətnaməni ləğv edrək mənim iidiamı rədd etdi. Ali Məhkəmənin Mülki Kollegiyası da 10 avqust 2017 il tarixdəki qərarı ilə mənim aldığım amtomaşından və ona ödədiyim puldan əl çəkməyimi elan etdi. Konstitusiya Məhkəməsi isə 5 fevral 2018 il tarixli qərardadı ilə müvafiq şikayətimi icraata belə qəbul etmədiyini bildirdi.

Yenə qanun yolu ilə getməkdə davam edərək yuxarıda göstərilən alqı-satqı müqavilələrinin etibarsızlığı iddiası ilə Nəsimi rayon məhkəməsinə müraciət etdim, o isə iddia tələblərimi qismən təmin edərək həmin müqavilələri etibarsız sayılması və Qasımov Vüqar və icraçı direktor Üzeyir Tağıyevin mənə 45 450 AZN ödəməsi haqqında 2(006)-1011/2019 saylı iş üzrə 19 fevral 2019 il tarixli qətnamə qəbul etdi. Ancaq Bakı Apellyasiya Məhkəməsi (hakimlər Kərimli İlham Əziz oğlu, Cəmilova Xəyalə Aqil qızı, Xəlilov İsmayıl Kamil oğlu) 23 iyul 2019 il tarixdə həmin qətnaməni ləğv edərək 2(103)-9557/2019 saylı mülki iş üzrə mənim iddia tələblərimi rədd edən yeni qətnamə qəbul etdi.

Bu yuxarıdakılar sadəcə quru qeydlərdir, ancaq onların arxasında mənə, ailəmə qarşı çox haqsızlıqlar durur, ölkəmizin məhkəmə sisteminin ədalətə, qanuna qulluq etmədiyini bütün çılpaqlığı ilə göz önünə qoyan faktlar durur.

Qeyd etdiyim kimi, Vüqar Qasımov MM deputatı Əsabil Qasımovun qardaşıdır və imkan olduqca bunu bildirir, onun himayəsində olduğunu ətrafdakılara çatdırır.
V.Qasımov məni qəsdən aldatdığını, nə pul, nə də avtomobili qaytarmağacağını heç kimdən gizlətmədən nümayiş etdirib və bu cür də davam etməkdədir. Mənm üçün bu cəncəlli işi sülh yolu ilə bitirmək üçün qanunun və vicdanın (görünür, ölkəmizin hakimlərinə məlum olmayan bir meyar!) yol verdiyi çox yollara əl atdım, ancaq görünür deputat qardaşının qalxanı onu hər cür qanunu pozacağı halda tam cəzasız qalacağına inandırıb. Belə ki, 2014 ildə öz iş kabinetində Abşeron rayon Polis idarəsindən polis mayoru Əmircan Salmanovun da olduğu söhbət zamanı ondan Prezident İlham Əliyevə şikayət edəyəcəyimi dedikdə, "istəyirsən get ondan yuxarısına şikayət et” deyərək saymazyana mərhum Prezident Heydər Əliyevin divardan asılmış portretini göstərdi.

Nəsimi rayon məhkəməsində hər iki proses zamanı Vüqar Qasımovun, A-Trans Motor MMC nümayəndələri mənim üzümə açıqca dedilər ki, burada nə qəbul edilməyindən asılı olmayaraq Bakı Apellyasiya Məhkəməsində işi öz xeyirlərinə "həll edəcəklər”. Düzünü də demişlər!!!

1 avqust 2018 il tarixdə mübahisəni dinc həlli üçün söhbətə V.Qasımovun ofisinə gəldikdə gizləndi, mənim – 60 yaxın yaşı, görünüşdən nə pəhləvana, nə quldura bənzəməyən bir insan üzərinə öz çoxsaylı qorumalarını, sonra isə Nəsimi rayon polisinin iki maşınını çağırdı, məni bölməyə apartdırdı. Sonra isə tamam gizləndi.
Yuxarıda sadaladığım məhkəmə iclaslarına hakimin tələbi olduqda belə Vüqar Qasımov və onun icraçı direktoru Üzeyir Tağıyev heç bir səbəb göstərmədən belə gəlmədi, bir məhkəməiclasında belə iştirak etmədi.

Qardaşı Əsabil Qasımova şikayət etmək istədim, ancaq o məni heç dinləmədi də - mənimlə köməkçisi görüşdü və deputatın adından bildirdi ki, Vüqar Qasımovun işləri ona aid deyil, onlara qarışmır da (!!!).

Vüqar Qasımovun sahibi olduğu A-Trans Motor MMC adından vergidən yayınmaq üçün dələduzluq fəndlərinə əl atdığı artıq mənə aydındır. Belə ki, mənə verdiyi hər iki müqavilə "alqı-satqı müqaviləsi” adlanmasına baxmayaraq şərtləri etibarilə lizinq müqaviləsi olmuş və ilk məhkəmə prosesində V.Qasımovun nümayəndələri bunu təkid etmişlər. Sonuncu məhkəmə prosesinin Bakı Apellyasiya Məhkəməsi qətnaməsi isə onları utana-utana "nisyə alqı-satqı müqaviləsi” adlandırır. Sözügedən yük avtomobili A-Trans Motor MMC-ə deyil, fiziki şəxs İ.M.Ağamirzəyevin olmuş, şirkət isə onu mənə etibarnamə ilə "satmışdır”. Ancaq bu yük avtomobili şirkətin balansında olmamış, və şirkətin onu öz adından satmaq hüququ belə olmayıb.
09.08.2012 il tarixli 667 saylı müqavilədə avtomobilinin qiyməti 67 000,00 AZN, bir il sonra 10.12.2013 - cü il tarixli 440 saylı müqavilədə isə 32 400,00 AZN göstərilib.
Dələduzluq göz qabağında – şirkət vergidən yayınır:

- özgə malını öz adından satır,
- qiyməti istədiyi kimi, istədiyi zamanda dəyişir,
- 01.01.2014 ildən fəaliyyəti Vergilər Nazirliyi tərəfindən dayandırılmış şirkət 24.01.2014 tarixdə məndən 2 (iki) ödəniş alır və müvafiq möhürlü qəbz verir,
- A-Trans Motor MMC, daha doğrusu – Vüqar Qasımov mənim pulumu mənimsəyərək qanunsuz varlanır,
- 32 200,00 AZN yerinə 45 200,00 AZN ödədiyim yük avtomobilini öz qoçu dəstəsinin gücü ilə zorla əlimdən alır, pulumu da geri qaytarmaqdan imtina edir!!!

Bütün bu qanuna zidd hərəkətlərini məhkəmədə heç cür izah edə bilməyən Vüqar Qasımov və Üzeyir Tağıyevin köməyinə Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən İlham Kərimli) gəlir, və izah olunamayanları dələduzun xeyrinə sübut edir. Hələ qətnaməsində "işdə olan materiallarla” əsaslanaraq! Halbuki iş materiallarında Vüqar Qasımov və şirkəti adından HEÇ BİR DƏLİL-SÜBUT OLMAYIB VƏ YOXDUR!

Nə Vüqar Qasımov, nə Bakı Apellyasiya Məhkəməsi, nə də AR Ali Məhkəməsi avtomobil üçün mənim pul ödədiyimi, avtomobilin məndən alındığını və ödənilmiş pulun geri qaytarılmadığını qətiyyən təkzib etmir!!!

Vüqar Qasımov və onun A-Trans Motor MMC qanun pozuntuları haqqında AR Daxili işlər Nazirliyi, Baş prokurorluq, Vergilər nazirliyi, Ədliyyə nazirliyinə geniş müraciətlər etdiyimə baxmayaraq heç bir real araşdırma haqqında mənə bildiriş verilməyib. Görünür, deputat Əsabil Qasımovun sözünün keçərliliyi təkcə məhkəmə orqanlarına aid deyilmiş.

Bu avtomobili almaqda məqsədim onu yük daşımalarında işlədərək ailəmi maddi təmin etmək idi. Müqavilələr ilə bağlı ödənişlər etmək üçün minik avtomobilimi, Badamdar qəsəbəsində Ə.Nəzərov küç.,5 ünvandakı ikiotaqlı şəxsi mənzilimi belə satdım, hal-hazırda 6 baş ailəmlə kirayə tutduğum evdə yaşamağa məcburam. Özüm 62 yaşındayam, kiçik övladım ordumuzda əsgərdir, həyat yoldaşım işləmir, mənim başqa bir qazanc yerim də yoxdur.

Bakı Apellyasiya Məkəməsinin 23 iyul 2019 il tarixli qətnaməsindən kassasiya şikayətim AR Ali Məhkəməsinin mülki kollegiyası tərəfindən 06.12.2019 il tarixdə təmin olunmadı. Belə bir məhkəmə qərarına təəcüb də etmədim: 5 il məhkəmələrimizə ayaq döyən bir Azərbaycan vətəndaşı artıq bilir ki, ədalət və qanun orada olmur, orada mənsəb, var-dövlət, yuxarıdan göstəriş və d. bunun kimi üzdəniraq meyarlar at oynadır. Mənim kimi doğma yurdu – Ağdamın Abdal-Gülablı kəndi düşmən tapradğında, oğlu ordu sıralarında, bir dələduz və onun deputat qardaşının sayəsində evsiz-eşiksiz qalmış, halalca pulu əlindən alınmış sıradan bir Azərbaycan vətəndaşının həmin o deputat qardaşını qanuna hörmət və əməl etdirəcəyinə inanmaq, sözsüz ki, sadəlövhlükdür. Onun üçün də Sizə müraciət etmişdim.

Məhkəmələrimiz zərərçəkəni, haqqı tapdalananı müdafiə etmir, dələduzun deputat qardaşının mənsəb, var-dövlət və s. bu mövzuda iyrənc meyarları əsas götürür, və hətta açıqca dövlətin cibinə girməsinə belə həyasızcasına göz yumur.

Mənim artıq Azərbaycan Respublikası məhkəmə sisteminə nə inamım, nə də hörmətim qaldı. Bu səbəbdən də yenə Sizdən – görkəmli və çox hörmətli bir dövlət və ictimai xadimindən rica edirəm bu cəncəl işdə mənim və ailəmin hüquqlarının müdafiəsi üçün gərəkli bildiyiniz addımlar atasınız ki, ailəmin halal pulunu geri alım.
Əgər dövlət də vətəndaşının hüquqlarını müdafiə etmirsə vətəndaş nə etsin?!

Hörmət və ümidlə,
İlqar Seymur oğlu Əliyev

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
61 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...