Cavid Qurbanov niyə susur?

Cavid Qurbanov niyə susur?

Son günlər Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovla bağlı ilginc məlumatlar yayılmaqdadır. Bununla əlaqədar DİA.AZ-a yazan oxucularımızdan biri maraqlı bir fakta işıq salıb. Daha dəqiqi, bir müddət əvvəl yerli KİV-də yer alan və hələ də Cavid Qurbanov tərəfindən nəinki təkzib olunmayan, əksinə üzərindən sükutla keçilməyə çalışılan bir faktı xatırladıb oxucumuz.

Oxucumuz DİA.AZ-a yazır: " Yerli mətbuatdan bir neçə il əvvəl belə bir xəbər yayıldı. İddia olunurdu ki, Cavid Qurbanov 2011-ci ildə Fərhad Nəbiyev və Hacı Salayev adlı şəxslərə məxsus saxta möhürlə “İli dörd fəsli” adlı kooperativin axırına çıxıb. Həmin kooperativin yaradılmasına sərmayə qoymuş dosent Zabit Musayevin vəsaiti ilə 1992-ci ildə inşa edilmiş avtomobil təmiri sexi, avtodayanacaq, avtoyuyucu və avtomibil ehtiyat hissələrinin satıldığı mağaza bir gecənin içində yerlə yeksan edilib.

Bu hadisədən sonra Zabit Musayev Azərbaycanı tərk etmək məcburiyyətində qalıb.Həmin vaxt Cavid Qurbanovun saxta möhürlə məhv etdiyi kooperativin direktoru, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin ehtiyatda olan polkovniki Eldar Həsənov isə hadisədən sonra insult keçirərək dünyasını dəyişib".

Oxucumuz sual edir ki, hörmətli baş dəmiryolçu bu faktla bağlı izahat verməkdə çətinlik çəkirsə, yaxın günlərdə daha geniş informasiyanı redaksiyamzla paylaşa bilər. Biz iisə dia.az olaraq öz növbəmizdə oxucumuza qoşularaq Caviq Qurbanovun da izahatını böyük məmuniyyətlə yaymağa hazır olduğumuzu bildiririk.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
324 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...