“Koronavirusu 1 dəqiqədə öldürür” - Tramp

“Koronavirusu 1 dəqiqədə öldürür” -

ABŞ Prezidenti Donald Tramp günəş şüalarının koronavirusu öldürdüyünü bildirib.

“Qafqazinfo” “Ria Novosti”yə istinadən xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında koronavirusun günəşin düz şüaları altında qısa müddətdə məhv olduğunu açıqlayıb:

“Bədəni ultrabənövşəyi işığın və ya sadəcə çox güclü işığın təsirinə məruz qoysaq və əgər işığın dəridən keçərək bədən daxilinə təsir etməsini təmin etsək, virus bir dəqiqə içində məhv olacaq” deyən ABŞ Prezidenti bu məlumatları haradan əldə etdiyini açıqlamayıb.

Qeyd edək ki, ABŞ-da 886 709 insan koronavirusa yoluxub, 50 243 nəfər xəstəlik səbəbindən həyatını itirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
340 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...