İran pulunun adı daha rial yox, tümən olacaq - 1 tümən 10000 realla əvəz edildi

İran pulunun adı daha rial yox, tümən olacaq -

Bu gün İran parlamenti ölkənin milli valyutasının adının dəyişdirilməsi və denominasiyası haqqında qanun layihəsini təsdiqləyib. “Report” bu barədə İSNA-ya istinadən xəbər verir.

Məlumata görə, bundan sonra İranda milli valyuta rial deyil, indiyə qədər xalq arasında deyildiyi kimi tümən adlanacaq. Bir tümən isə 10 000 riala bərabər götürüləcək. Bu, yerli pul vahidindən 4 sıfırın silinməsi deməkdir.

Xatırladaq ki, qonşu ölkədə Milli Bankı pul islahatı ilə bağlı layihəni 2016-cı ildə bəyənib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
546 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...