Vilyam Hacıyev torpağımızı əlimizdən aldı - VİDEO

Vilyam Hacıyev torpağımızı əlimizdən aldı -
İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevdən şikayət var. Gundeminfo.az-a müraciət edən rayon sakini Allahverdiyev Anar Məhəmməd oğlu bildirir ki, rayon icra başçısı rəsmi sənədlərlə onlara məxsus torpaqları əllərindən alıb. Şukayətçi bildirir ki, Vilyam Hacıyev onlara məxsus torpaqları əllərindən alaraq "İmişli İnnovasiyalar" Mərkəzinə satıb. "Ərazidə xeyli sayda tikilimiz var idi. Torpaqları əlimizdən aldıqdan sonra Vilyam Hacıyevin göstərişi ilə onları sökdülər. Heyvandarlıq təsəsrrüfatımız məhv oldu. Xeyli sayda heyvanımız, mal-qaramız şəraitsizlikdən məhv oldu. Bu haqsızlıqdan sonra atam Məhəmməd Allahverdiyev infarktdan dünyasını dəyşdi. Anam yataq xəstəsidir" deyə İmişli sakini bildirir.

A.Allahverdiyev deyir ki, dəfələrlə rayon rəhbərinə müraciət etsə də onu dinləyən yoxdur. Vilyam Hacıyevin haqsızlığından cana doyan fermer, dövlət başçısına müraciət edir. "Mən dövlət başçımız Cənab İlham Əliyevdən xahiş edirəm bizə kömək etsin" deyə sakin müraciətində qeyd edir.

Xatırladaq ki, bir neçə gün əvvəl Biləsuvar rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev həbs edildikdən sonra rayondan bir ailə dövlətbaşçısına müraciət etmişdi.
Onlar müraqciətlərində qeyd edirdilər ki, Mahir Quliyev torpaqlarını əlindən alıb. Mediada bu informasiya yayıldıqdan sonra Dövlət Başçısı göstəriş verdi ki, bu məslə araşdırılsın. Ardından da rəsmi olaraq informasiya yayıldı ki, Prezidentin köməkçisi Anar Ələkbərov həmin ailəylə əlaqə saxlayıb.

Görünür Vilyam Hacıyev də Mahir Quliyevin yolunu gedərək rayon ərazisində fermerlərin torpaqlarını əllərindən alır.

Gundeminfo.az olaraq bildirək ki, bütün gün ərzində vətəndaşın müraciəti ilə bağlı İmişli İcra Hakimiyyətinə müraciət etsək də, heç bir nəticəsi olmadı. Bununla belə araşdırmalarımız davam edir və Vilyam Hacıyevin də mövqeyini dinləməyə hazırıq.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
402 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...