Rəcəb Babaşovun zülmündən bezənlərin FƏRYADI

Son günlər Azərbaycanda oliqarx icra başçılarının, zəngin, gözqamaşdıran həyat yaşayan oliqarx məmurların insanların bir qarın ruzisinə göz dikmələrinə dair xəbərlərlə daha çox rastlaşırıq.
Xeyli sayda məmur həbs olunub, barələrində cinayət işi başlayıb. Səbəb isə Heydər Əliyev Fondu tərəfindən ayrılan yardımların mənimsənilməsidir. Tək səbəb bu deyil. Dövlət başçısının ölkədə tətbiq edilən karantin rejimi ilə əlaqədar olaraq vətəndaşların işsiz qalmaması üçün başlatdığı humanist sosial siyasətdən faydalanmaq istəyən icra başçıları var. İctimai işlərə cəlb edilən insanların əmək haqqı kartları icra başçılarının seyfindən çıxır. Çox qəribədir. Özləri dəyəri yüzmin dollarla ölçülən avtomobilləri ilə, villaları ilə, övladları Vergi sistemində işləyərək ayda 467 azn əmək haqqı alanlar 500 min manatlıq avtomobildə gəzən icra başçıları da var belələrinin içində. Bəzən elə faktlar mediada, sosial şəbəkədə yayılır ki, heyrətlənməmək olmur.


Məsələn Rəcəb Babaşov kimilərlə bağlı faktlar doğurdan da heyrətləndiricidir. Özünün avtomobili, vergi sistemində işləyən oğlunun avtomobili, bu iki avtomobilin qiyməti bir icra başçısı və onun oğlunun ən azı 100 illik əmək haqqına bərabərdir. Biznes fəaliyyəti qadağan edilən bu ata-bala iki məmurun son iki gündə mediada yayımlanan avtomobilinin qiymətinə 500-dən çox ailəyə bir il sərasər yardım etmək olar.

Amma bu gün Gundeminfo.az vasitəsilə ölkənin Birinci Vitse Prezidentinə müraciət ünvanlayan çarəsiz bir qazaxlı müəllimənin müraciəti heyrətləndirməkdən çox, hiddət doğurur. Qazax İctimai Birliyi adından elektron poçtumuza daxil olan və Qazaxın icra başçısı Rəcəb Babaşovun bir sıravi müəllimənin çörəyinə bais olması doğurdan da təəccüblüdür. Axı bu icra başçısı uzun illər sabiq vergilər naziri Fazil Məmmədovun ən yaxın adamı olub. Axı bu icra başçısı indi Azərdəmiryolun rəisi olan Cavid Qurbanovun yaxın dostudur. Axı bu icra başçısının Bakıda, Sabirabadda, Şamaxıda saysız villaları, obyektləri, avtomobil kolleksiyası var. Axı Rəcəb Babaşovun oğlu da biznesmen olmasa da vergi sistemində çalışır(?). Bəs o zaman bir sıravi qazaxlı müəllimə niyə bir icra başçısından ölkənin Birinci Vitse Prezidentinə müraciət edib imdad diləsin?
Gundeminfo.az-a daxil olan müraciətə diqqət eək:
- Hörmətli Cənab Prezident! Hörmətli Birinci Vitse Prezident Mehriban Xanım!
Qazaxda 40 il müəllimə kimi fəaliyyət göstərmiş rus dili müəlliməsi kimi minlərlə savadlı tələbə yetişdirmiş Əhmədli Nurlana müəlliməni saxta və əsassız ittihamlarla işindən uzaqlaşdırılmışdır. Biz Qazax ictimayyəti olaraq bu qərarla razılaşmırıq və müəllimənin yenidən işinə qayıtmasını şəxsən özünün istəyi olmasını və onu bir ziyalı müəllimə kimi cəmiyyətimizə və gənclərə fayda verəcəyindən 100 faiz əmin olduğumuza görə Sizdən Xahiş etmək qərarına gəldik.
Qazaxda İcra strukturunda və bir çox təhsil, məşğulluq, və səhiyyə sahəsində çox böyuk rüşvət və korrupsiya faktlarından hər kəsin xəbəri var. Biz bunları sıralamayla adbaad deyədə bilərik. Məbləğinə qədər. Ünvanına qədər. Lakin bu çətin dönəmdə Sizin başınızı belə işlərlə qatmaq istəmirik həmdə mətləbdən yayınmaqda fikrimiz yoxdur. Onuda qeyd etmək istəyirik ki, özlərinə və övladlarına yarım milyonluq, 250 minlik, 200 minlik avtomobil alan məmurların ayda 250 manat çörək puluna möhtac olan bir ziyalının halını başa düşməzlər.
Xüsusi qeyd etmək istəyirik ki, Nurlana müəllimənin işdən uzaqlaşdırılmasına səbəb olan 2 nömrəli məktəbin direktoru Murğuz müəllim rüşvət müqabilində öz bütün qohum əqrabasını direktoru olduğu məktəbə, səhiyyə idarəsinə və digər yerlərə işə düzəltməyə müvəffəq olmüşdur.
Bizim Xahişimiz odur ki Cənab Prezident Əhmədli Nurlana müəllimənin işinə bərpa olunmasına dair Qazax İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova göstəriş verəsiniz.
Qadınlar bizim ana bacılarımızdı onları qoruyaq onlara dəstək olaq. Bu ibrəti və məktəbi biz ilk növbədə Ulu Öndər Rəhmətlik Heydər Əliyevdən, Sizdən öyrənmişik! Qazax İctimai Birliyi
Yəni bu qədər sadə. İddialar və ittihamlar. Qazax kimi bir rayonun İctimai Birliyi adından gələn bir müraciət...
Qazax rayonundan redaksiyamıza daxil olan müraciətlərinin yayılmasından öncə İcra Hakimiyyətinin də mövqeyini dinləməyə hazırıq.
684 dəfə oxundu