Çər. axşamı      18 mart 2025     08:05:48  

Səfər Mehdiyev biznesini hər gün genişləndirir - FOTOLAR

Səfər Mehdiyev biznesini hər gün genişləndirir -
"SUMQALA TİKİNTİ TƏCHİZAT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2014-cü ilin fevralın 4-də Dövlət Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin qaynı İlham Qulu oğlu Tarquliyevin təsisçiliyi ilə qeydiyyatdan keçib.

Gundeminfo.az xəbər verir ki, sosial şəbəkədə araşdırmaçı jurnalist Cavanşir Məmmədov bu barədə məlumat verib.

MMC-yə Səfər Mehdiyevin digər yaxın qohumu Kazım Mehdiyev rəhbərlik edir.

Bakı şəhəri, Yasamal rayonu, ƏLƏSGƏR ƏLƏKBƏROV 558, m. 29 ünvanında hüquqi qeydiyyatda olan şirkətin Naxçıvan Muxtar Respublikasında iri üzümçülük təsərrüfatı, alma və ərik bağları var.

Səfər Mehdiyevin qaynı indiyədək Babək rayonunda 250 hektar torpaq sahəsini (xüsusilə "Qarğabazarı" adlanan ərazi) əlində cəmləşdirə bilib. Ona məxsus 250 hektar ərazidə üzümlüklər salınıb. Səfər Mehdiyevin qaynı bağların suvarılması üçün Gilançaydan və Bənəniyar su anbarından su xətti çəkdirib.

Şirkət hazırda sirkə istehsalı müəssisəsinin tikintisini də həyata keçirir.


Səfər Mehdiyev biznesini hər gün genişləndirir -
Səfər Mehdiyev biznesini hər gün genişləndirir -
Səfər Mehdiyev biznesini hər gün genişləndirir -
Səfər Mehdiyev biznesini hər gün genişləndirir -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
475 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...