Rafiq Bayramovun Bərdədəki adamı haqda İDDİA

Rafiq Bayramovun Bərdədəki adamı haqda

Bir neçə gün əvvəl Dövlət Rəhlükəsizlik Xidmətinin əməkdaşları Mədəniyyət Nazirliyində əməliyyat keçirdilər. Əməliyyat nəticəsində Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs edildi.

Rəsmi məlumatda qeyd edilirdi ki, Rafiq Bayramov isə nazirliyin regional idarələrinin rəhbərləri vasitəsilə rayonlardakı musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarını rəsmiləşdirmək və onların əmək haqlarından tutulan vəsaitlərin ələ keçirilməsində şübhəli bilinir.

İstintaqa dair yayılan videolarda da görünür ki, ifadə verən regional Mədəniyyət İdarələrinin rəisləri Rafiq Bayramova hər ay bəlli məbləğlərdə pul veriblər.

Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Rafiq Bayramov DTX tərəfindən dindirilərkən sadəcə mədəniyyət şöbələri vasitələrilə musiqi məktəblərindən ayda 60 min manat aldığını etiraf edib.

Şəmkir regional mədəniyyət idarəsinin rəisi Höccət Əsədullayev Rafiq Bayramovun onu, musiqi məktəblərindən pul yığmağa məcbur etdiyini bildirib: “Hər ay Rafiq Bayramova 9 min verirdim, maaşlar qalxandan sonra bu məbləğ 11 min oldu”.

Gəncə regional mədəniyyət idarəsinin rəisi Sənan Hacıyev isə bildirib ki, 21 musiqi məktəbinin 15 dən hər ay 1000 manat olmaqla pul yığılırdı və bunun 9 min manatı Rafiq Bayramova verilirdi: “Yığılmış pulları Rafiq Bayramova mən, onun kabinetində təqdim edirdim”.

Sumqayıt regional mədəniyyət idarəsinin rəisi Mehman Şükürov, Rafiq Bayramovun keçirilən tədbirləri bəhanə edərək ondan hər ay 10-12 min manat vəsait tələb etdiyini deyib.

Gundeminfo.az xəbər verir ki, bu sadəcə ilkin mərhələdə ifadə verərək dövlət vəsaitini talayan idarə rəisləridir. Yerli mediada adı daha çox hallanan məmurlardan biri də, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyevdir.

Belə ki, Bərdədən Mediatv.az-a daxil olan məlumata görə rayon Regional Mədəniyyət İdarəsinin müdiri İlyas Hacıyev icra başçısı Vidadi İsayevə arxalanaraq rəhbərlik etdiyi təşkilatı çapıb talayır. Bu azımış kimi şöbə müdiri icra başçısının adından rayonun bir çox sahibkarlarına və idarə rəhbərlərinin boynuna aylıq «xərac» da qoyub.

Məlumatda bildirilir ki, Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin sabiq müdiri Soltan Həsənov icra başçısı Vidadi İsayevin qəzəbinə tuş olub. Buna səbəb isə Soltan Həsənovun icra başçısının tapşırığına əsasən bir neçə kəndin girişində öz hesabına abadlıq işlərinin aparılmasından imtina etməsi olub. Bildirilir ki, bu imtina Soltan Həsənovun vəzifəsi ilə vidalaşması ilə nəticələnibmiş. Bundan sonra isə Vidadi Həsənov Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsinə özünə yaxın olan İlyas Hacıyevi gətirib. Mənbə bildirir ki, öncə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev icra başçısının bu seçiminə etiraz edib və İlyas Hacıyevi təsdiq etmək istəməyib. Lakin Vidadi İsayev müəyyən əlaqələrindən istifadə edərək İlyas Hacıyevi təsdiq etdirməyə nail olub. Bildirilir ki, hələ də nazir Əbülfəs Qarayev İlyas Hacıyevin fəaliyyətindən narazıdır.
Qeyd olunur ki, şöbə müdiri keçdikdən sonra İlyas Hacıyev Vidadi İsayevin sağ qoluna çevrilib. Belə ki, şöbə müdiri icra başçısı adından tapşırıqlar vermək və onun adından kimlərəsə ismarıc vermək səlahiyyəti əldə edib. Heç bir əlaqəsi olmadan İlyas Hacıyev həmçinin Bərdənin abalıq və yenidənqurma işlərinin böyük hissəsini də icra başçısının verdiyi səlahiyyət əsasında idarə edir. Elə həmin səlahiyyətlə də İlyas Hacıyev idarə və müəssisələrdən, sahibkarlardan və iaşə obyektləri sahiblərindən «xərac» toplayır. Elə bu toplananan «xəraclar» hesabına da Bərdədə müəyyən abadlıq və yenidənqurma işləri aparılır. Bunun müqabilində isə Vidadi İsayev rahatlıqla Bərdədə abalıq və yenidənqurma işləri üçün ayrılan dövlət vəsaitlərini nəqdləşdirərək öz kassasına daxil edir.

Qeyd edək ki, Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin nəzdində 35 mədəniyyət evi, 3 mədəniyyət mərkəzi, 75 klub, 56 kitabxana və 7 musiqi məktəbi var. Məlumat mənbə bildirir ki, İlyas Hacıyev Mədəniyyət və Turizm şöbəsinə təyinat aldıqdan sonra Vidadi İsayevin göstərişi iilə 800-ə yaxın işçisiin maaşından hər ay 10 manat kəsir. Eyni zamanda göstərilir ki, Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin hesabına köçürülən vəsaitləri müxtəlif tədbirlər və cari təmirlər adı altında sənədləşdirərək mənimsəyir.

Bildirilir ki, hazırda Bərdə rayon Mədəniyyət və Turizm şöbəsindən maaş alan yüzlərlə «ölü can» var. Şöbə müdiri Mədəniyyət evlərinin və kənd kitabxanalarında işləyən işçilərinin adına yazılan əmək haqqlarını özünə götürür. Bu zaman ərazidə fəaliyyət göstərən kitabxana və yaxıd mədəniyyət evinin müdirinə cüzi payda verir. Adları Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin ştatında gedən insan isə bundan heç də narazı deyillər. Çünki gələcəkdə onların dövlətdən təqaüd almaq üçün yetərincə «staj»ları olacaq.

Mənbəmiz bildirir ki, 52 saylı Alpoud, 34 saylı, Bəciravan, 28 saylı Göyüşlü, 51 saylı güloğlular, 55 saylı Gərənə, 36 saylı Kətəlparaq, 37 saylı Piyadalar, 22 saylı Məmmədli, 17 saylı Mollalar, 33 saylı Təhlə, 6 saylı Lək, 20 saylı Nəzirli, 8 saylı Cicimli və sair kənd kitabxanalrının hər birində bir yaxud iki ştatın əmək haqqısını İlyas Haclıyev alır. Şöbə müdiri həmçinin rəhbərlik etdiyi təşkilata işə girmək istəyən vətəndaşlardan Bərdə Şəhər mədəniyyət evi, musiqi məktəbi, kitabxanası üçün 2500, kənd kitabxanları üçün isə 1500 manat rüşvət aldığı iddia olunur.

Bildirilir ki, İlyas Hacıyev idarə müdiri təyinatı aldıqdan sonra Şəhər musiqi məktəbləri direktorlarına aylıq 1000, kənd musiq məktəblərinə isə 500 manat haqq qoyub. İlyas Hacıyevin əsas gəlir mənbəyindən birir isə rayonun daxili büdcəsində kitabxanaların, klubların və mədəniyyət evlərinin cari təmiri üçün ayrılan vəsaitin silinməsi olduğu göstərilir.

Bildirilir ki, son 1 ildə rayon maliyyə idarəsinin müdiri Rza Əliyev icra başçısının göstərişi ilə Mədəniyyət və Turizm Şöbəsinə üstü üstə 200 min manata yaxın vəsait ayırıb. Ayrılan vəsaitlə heç bir işin görülmədiyi və cari təmir üçün ayrılan həmin vəsaitlərin Vidadi İsayevlə bölüşdüyü qeyd olunur. Cari təmir işlərinin isə kənd kitabxanalarını, mədəniyyət evlərini və klubları işçilərin əməkhaqqları ilə kosmetik təmir işləri apaldığı vurğulanır.

Yazılanlarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
451 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...