Saatlının icra başçısı işdən çıxarıldı

Saatlının icra başçısı işdən çıxarıldı

Prezident İlham Əliyev Nazim İsmayılovun Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

"Gundeminfo" xəbər verir ki, sərəncamla Nazim Mehdi oğlu İsmayılov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd edək ki, N.İsmayılov 24 iyul 1952-ci ildə Göyçay rayonunun Kürdşaban kəndində anadan olub.
1991-1992-ci illərdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini,1992-1994-cü illərdə Göyçay rayonu Xalq Deputatları Sovetinin sədr müavini, 1994-2001-ci illərdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 2001-2006-cı illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı, 2011-2019-ci illərdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı olub. 2019-cu ildən Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışırdı.


Saatlının icra başçısı işdən çıxarıldı



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
433 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...