Mahir Quliyevin əsas adamı harada gizlənir?

Özünü Biləsuvar RİH-nin işçisi kimi təqdim edən R.S (şərtidir) tərəfindən "Təzadlar"ın redaksiyasına göndərilən məktubda bildirilir ki, Eldar Təhməzov əvəllər Cəlilabad rayonun vergi idarəsində işləyibmiş. İş fəaliyyətində ciddi qanun pozuntularına yol verdiyi üçün tutduğu vəzifəsidən kənarlaşdırılmışdır. Yuxarıda əyləşən havadarlarının vasitəsi ilə Cəlilabad rayonun Maliyyə Şöbəsinin rəisi təyin edilmiş, sonradan isə Ekalogiya və Təbi Sərvətlər Nazirliyində maliyyə idarəsi işlər üzrə müavin işləmişdir. Hazırki iş yeri isə həbs edilmiş Biləsuvar rayon icra hakimiyyətinin rəhbərliyi altında rayon maliyyə şöbəsinin rəisi vəzifəsini icra edir.
Əldə etdiyimiz məlumata görə Biləsuvar rayon İcra başçısı Mahir Quluyev və onu bir qrup cinayətkar komandası həbs edilsə də Eldar Təhməzov məsuliyyətdən kənarda qalmışdır. Hətta həmin vaxtdan onu işdə görən yoxdur. Söz- söhbət gəzir ki, Eldar Təhməzov qaçıb gizlənib.
Rayon İH-nə ötən günlərdə dəfələrlə zəng edilsə də hələki cavab verən yoxdur.
Əlavə məlumat veriləcək. //tezadlar.az//
402 dəfə oxundu