Təhsildə yeyinti metodları - Ceyhun Bayramovun diqqətinə

Təhsildə yeyinti metodları -
Son zamanlar ölkədə korrupsiyaya qarşı mübarizə kifayət qədər sərtləşib və ortaya maraqlı faktlar çıxır. Aydın olur ki, bu gün korrupsiya hallarına əsasən büdcə təşkilatlarında rast gəlmək olur və bu heç də təsadüfdən deyil. Çünki müəyyən güclər var ki, onlar üçün monopoliyanın qalması, korrupsiyanın artması vacibdir və təssüflər ki, bəzi hallarda məmur korpusuda bu təsirdən qurtula bilmir.

Təhsildə yeyinti sahələri
Sirr deyil ki, Azərbaycanda korrupsiya məskənlərindən biri də təhsil sahəsidir. Bu işdə Təhsil Nazirliyinin rəhbərliyi ilə demək olar ki, əksər rayon icra başçıları da iştirak edir. Gəlin təhsildə korrupsiyanın yaranma sxeminə baxaq. Təhsil sahəsində korrupsiya halları əsasən nələrdə özünü göstərir?
Gundelik-baku.com-la bu siyahıya nəzər salaq.

1. Məktəb tikintisi və təmiri üçün hər il milyonlarla vəsait mənimsənilir. Bunu da qeyd edək ki, Heydər Əliyev Fondundan fərqli olaraq, Təhsil Nazirliyinin xətti ilə tikilən məktəblər daha çox baha başa gəlir və keyfiyyət bir neçə dəfə aşağı olur. Hətta elə qaçqın rayonları var ki, orda hər il bir məktəbin təmirinə yüz minlərlə manat pul ayrılır. Halbu ki, həmin məktəb ümumiyyətlə yoxdur. Müşahidəçilər bildirir ki, bu gün ən böyük korrupsiya halı məhz bu sahədə baş verir və bu işdə çox məmur toplusu iştirak edir.
2. Dərs vəsaitlərinin hazırlanması. Ekspertlər bildirir ki, təmir-tikinti işlərindən sonra təhsil sahəsində ki, ən böyük maxinasiya yeri məhz dərsliklərdir. Dərsliklərin hazırlanması zamanı baş verən korrupsiya faktları da kifayət qədər total yaranıb və hələ ki, bunun da qarşısını almaq mümkün deyil.
dərs avadanlıqları,partaların alınması kimi sahələrdə korrupsiyalaşmış sahələr sayılır və demək olar ki, burda həm də ciddi monopoliya yaradılıb. Apardığımız araşdırmalar təsdiqləyir ki, əksər hallarda nazirliyin ən yüksək məmurlarının və ya rayon təhsil şöbələrinin müdirləriylə ,Təhsil Nazirliyinin təhcizat bazasının nəzarətində olan sexlərdə bu avadanlıqlar hzırlanır və böyük qiymətə dövlətin elə özünə satılır.

Azərbaycanda “ÖLÜ CAN” pripiskası

Bu gün təhsil sahəsidə başda olmaqla əksər sahələrdə ciddi problemə və ya bəlaya çevrilən sahələrdən biri də “ölü can”ların mövcudluğudur.Bu gün təhsil sektorunda yüzlərlə müəllim,lobarant,metodist mövcuddur ki, onların yalnız adları sənədləşdirilib. Hətta bu cür adı siyahıda olub, hər ay dövlətdən əmək haqqı alan elələri var ki, ümumiyyətlə ölkədə belə yaşamır. Dəhşətlisi isə budur ki, bu cür müəllim və ya müəllimələrin əksəriyyəti saxta diplomlara sahibdilər.
Və nahəyət. Təhsil naziri Ceyhun Bayramovdan xahiş edərdik ki, təhsil şöbələrinin müdirləri və təhcizata məsul şəxslərlə videokonfrans keçirdib sual verəydi ki, dövlət bu qədər pul ayırır. Niyə məktəblərə yalnız bir süpürgə və bir qələm verilir. Dövlətin ayırdığı diğər vəsaitlər hara buxarlanıb. Və yaxud kim buxarlandırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
371 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...