Yol Polisi Aynar Məmmədovu məhkəməyə verdi

Yol Polisi Aynar Məmmədovu məhkəməyə verdi
Keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu, sabiq deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov avtomobili sərxoş halda idarə etdiyi üçün məhkəməyə verilib.

“Qafqazinfo”nun e-mehkeme.gov.az saytına istinadən verdiyi xəbərə görə, onunla bağlı Dövlət Yol Polisi əməkdaşları tərəfindən protokol tərtib edilib və sürücülük hüququndan məhrum edilməsi üçün məhkəməyə müraciət edilib. Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə iyunun 30-da bununla bağlı ilk iclas keçirilib. Növbəti iclas iyulun 13-nə təyin edilib.
Yol Polisi Aynar Məmmədovu məhkəməyə verdi

A.Məmmədov İnzibati Xətalar Məcəlləsinin 333.1-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) maddəsi ilə ittiham olunur. Onun təqsiri məhkəmədə sübuta yetirilərsə, dörd yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılacaq.

Qeyd edək ki, Aynar Məmmədov 2015-ci ildə ona məxsus “Nar” kafesində qumar oyunları təşkil olunması ilə gündəmə gəlmişdi. “Bandotdel”in keçirdiyi əməliyyat zamanı 8 nəfər saxlanılmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
343 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...