Hikmət Hacıyevlə Arzu Rəhimov brifinq keçirir

Hikmət Hacıyevlə Arzu Rəhimov brifinq keçirir
Bu gün Azərbaycan-Ermənistan istiqamətində Tovuz bölgəsində baş verən döyüşlərə görə Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov brifinq keçirir.

“Gundeminfo” xəbər verir ki, onlar jurnalistlərin suallarını cavablandırır.

Brifinqdə çıxış edən H. Hacıyev bildirib ki, Ermənsitanın sərhəddə təxribatlarının qarşısı alınır: “Məsələ ölkə ictimaiyyətinin daim diqqətindədir. Bir neçə gün əvvəl ictimaiyyətin iştirak etdiyi geniş tədbir keçirilib. Burada yaşından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı həmrəy olduğunu göstərdi. Qarabağ bizimdir. Təəsssüflər olsun ki, Ermənistan 30 ildir ki, Azərbaycana qarşı işğalçılıq siyasətini davam edir. Beynəlxalq ictimaiyyət tərəfindən onlara cavab verilmir. Bu kimi gözəl tədbirə xələl gətirmək istəyən kiçik zümrə oldu. Onların təxribatının qarşısı araşdırılacaq. Gənclərimiz səsləndirirlər ki, onlar cəbhəyə getmək istəyir. Onlar dövlətin yanındadır”.

***

Hacıyev əlavə edib ki, gənclərimizin coşqusu yüksək qiymətləndirilir: "Kim ordu sıralarına qoşulmaq istəyirsə onlar səfərbərlik xidmətində qeydiyyatdan keçməlidir. Zərurət yaranarsa onlar konkret hərbi sahələr üzrə yönləndirilə bilərlər. Burada kor-təbiilik olmaz. Hərbi sahənin öz məqamları var. Azərbaycanda bu sahədə iş peşəkar qurulub. Azərbaycanın rezerv ehtiyatı da var. Onların qeydiyyatı Səfərbərlik Xidməti tərəfindən aparılır. Burada mükəmməl bir sistem qurulub. Burada ibtidai hərbi biliklərə malik olmaq şərtdir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
416 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...