Vidadi Isayev karantində oğluna toy edib? - açıqlama

Vidadi Isayev karantində oğluna toy edib? -
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev oğlu Turala toy edib.

Axar.az-a daxil olan məlumata görə, karantin müddətində toy etməkdən vaz keçməyən icra başçısı məclisi Yevlax şəhərində yerləşən villasında gerçəkləşdirib.

Məclisdə çoxsaylı qonaqların olduğu bildirilir.

Qeyd edək ki, Vidadi İsayevin oğlu Tural İsayev Yasamal Rayon İcra Hakimiyyətində Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində baş məsləhətçi vəzifəsində işləyir.

Başçının qudası Fazil Həsənəliyevin isə Baş Prokurorluqda çalışdığı barədə mediada məlumat yayılıb.

Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevin karantin dövründə oğlu Turala toy mərasimi təşkil etməsi barədə məlumat yayılıb. Məlumatda guya, təşkil olunmuş toy mərasimində çoxsaylı qonaqların iştirak etdiyi bildirilir.

Gundeminfo.az xəbər verir ki, Vidadi İsayev Moderator.az-a açıqlamasında məlumatı təkzib edib. O, bildirib ki, bu yalan xməlumat kimlərinsə xəstə təxəyyülünün məhsuludur: "Mənim oğlum bir il əvvəl nişanlanıb və bu il iyul ayının 3-də hər iki tərəfin razılığı ilə gənclər "zaks"a gedərək öz nikahlarını rəsmiləşdiriblər. Sizi və oxucularınızı əmin edirəm ki, nəinki toy mərasimi, hətta ailədaxili hansısa qonaqlıq belə təşkil edilməyib. Ancaq görünür, gənclərin atdığı bu addımdan kimlərsə öz çirkin məqsədlərini həyata keçirmək üçün istifadə ediblər".

Vidadi Isayev karantində oğluna toy edib? -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
618 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...