2 il 2 aya çəkilən 145 illik yol - Əkinçi olan bəy və ...

2 il 2 aya çəkilən 145 illik yol -
"Bizim Cəmiyyəti-i Xeyriyyə bina tutmadığından teatr təşkil etdiyimiz salonun boş qaldığı zaman anladım ki, müsəlman qardaşlarımızı bir yerə toplayıb məktəblər açdıraraq küçədəki uşaqları oxutmaq münkün deyildir. Elmsiz bu dövrdə yaşamaq münkün deyildir. Nə etməli ? Hər kəsi çağırıram gəlmirlər, göstərirəm görmürlər, deyirəm anlamırlar. Sonunda başa düşdüm ki, səs-küy salaraq, məcburi başa salmaqdan başqa çarəm yoxdur. Mütləq bu izah etdiklərimi bir gün başa düşən olacaqdır. Axan bir suyun altına nə qədər sərt daş qoyursan qoy, zamanla o daş əriyib yox olacaqdır. Əgər elədirsə, doğru söz də bir gün başa düşüləcəkdir. Onun üçün mütləq qəzet nəşr etdirmək gərəkdir. Hər il qəzet oxuyanlardan 10 nəfər anlasa, onların sayı hər il artacaqdır. Suyun önünü kəsən o bənd sonunda dayana bilməyib yıxılacaqdır!" - Zərdabi Xeyriyyə Cəmiyyəti, teatr və müəllimlik yolu ilə xidmət etdiyi xalqa daha çox xidmət etmənin yollarını axtarır. Çətin olsa da türkcə qəzet açmaq istəyi olan Zərdabi Həyat qəzetində yazdığı "Rusiyada əvvəlimçi türk qəzeti" adlı məqaləsində bunu belə izah ediri.

Həsən Bəy bir axın yaradırdı. Bir sel gücü yaradırdı. Oxumaq üçün çalışırdı. İnsanların daha çox oxuması üçün çalışırdı.

Qazandi!

Həsən Bəy İstanbuldan hürufat gətizdirmiş və nəhayət, xeyli zəhmətdən, əzab-əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan dilində "Əkinçi" qəzetinin nəşrinə nail oldu.

Bu qəzetlə Azərbaycan milli mətbuatının əsası qoyuldu. Əkinçi qəzeti Azərbaycan, həmçinin də bütün Rusiyada nəşr olunan ilk türkdilli qəzet idi.
2 il 2 aya çəkilən 145 illik yol -



1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən "Əkinçi" ayda iki dəfə 300-400 tirajla nəşr olundu. Bu illər ərzində qəzetin 56 nömrəsi işıq üzü gördü.
2 il 2 aya çəkilən 145 illik yol -

"Əkinçi" qəzetində Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin Moskvadan, Məhəmmədtağı Əlizadə Şirvaninin Şamaxıdan, Heydərinin Dərbənddən göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundovun "Vəkili-naməlumi millət" imzası ilə məqalələri dərc olundu.

28 may 1907-ci ildə iflic olaraq danışa bilməyən Həsən Bəy xəstə olduğu dönəmlərdə belə "Kaspi" qəzetində yazırdı.

Nələr etmədi ki, Həsən Bəy? Uzatmadan xatırlayaq:

O, 1907-ci ildə köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunsa da, 1937-ci ildə həmin ərazi dağıdıldı, mərhumun sümükləri ailəsinin yanında qaldı. 1957-ci ildə Həsən Bəy Zərdabinin vəfatının 50 illiyi qeyd olunarkən onun sümükləri Fəxri Xiyabana daşındı...

Həsən Bəy Zərdabi nə istəyirdi? Hacı Zeynalabdin Tağıyevlə birlikdə qızlar məktəbi açmaq üçün çarın arvadına ahalı hədiyyələr aparırdı. Bakı kəndlərində qapı-qapı düşüb qızların məktəbə gəlmələrinə icazə almaq üçün insanlara yalvarırdı. Başqa nə istəyirdi Qəzeti bağlanmışdı. Gedib Zərdab kəndində insanlara torpaqşünaslıqdan nəsihətlər verirdi. Müəllimlərin ilk Bakı Qurultayında ən aktiv təşkilatçı olurdu. Bir insanın həyatına sığdıra biləcəyi bundan daha böyük həyat səlnaməsi ola bilərmi?
2 il 2 aya çəkilən 145 illik yol -
2 il 2 aya çəkilən 145 illik yol -

145 ildir nə dəyişdi?
- Dünya dəyişdi.
- Media münasibətləri dəyişdi.
- Qəzet mediası forma və xarakterini dəyişdi.

Dəyişməyən bir adam qaldı tarixdə Həsən Bəy Zərdabi! Çünki o tarixi dəyişmişdi. Tarix onu dəyişə bilmədi bu 145 ildə. Ruhun şad olsun BƏY! İndi böyük bir vətən - Azərbaycan TÜRK dilində yazır oxuyur, danışır, artıq dövlətimiz var. Və sənin açdığın yolun izində olan milyonlarla türk var.

Razi ABASBƏYLİ
P.S Bu yazı heç bir müsabiqəyə təqdim edilmək üçün yazılmayıb!


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
550 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...