Deputatın şirkəti yenə narazılıq yaradır

Deputatın şirkəti yenə narazılıq yaradır
Teref.az yazır ki, sosial şəbəkə istifadəçisi Gülər Qurban Kontakt Home-dən narazıdır. Kontakt Home-nin müştərisi olan Cülər Qurban şikayətində yazır:
Şikayətim hamının "sevimlisi,can deyib can eşitdiyi "hörmətli"" Kontakt Home 'dandır

Təcili lazım olduğu üçün online sifariş etdim 2günə (gecə 11də ) sifarişim (tozsoran) gəldi. Kuryərlərə bildirdim gözlüyün yanınızda açım sonra gedin,bildirdilərki indi mənası yoxdu,bir problem olsa mağazayla əlaqə saxlasaz gəlib aparılacaq,nəysə gecə 11də çox uzada bilmədim sifarişi təhvil verib getdilər.
Vaxt keçmədən sifarişi açdım və gözlənilən hadisə baş verdi. Məhsulda 2qüsur var idi. Səhər zəng edib uzun mübarizədən sonra əlaqə yarada bildik və bildirdilərki məhsulda problem varsa biz yox siz gətirməlisiz ,ilk növbədə diaqnostikadan keçirilməlidi sonra problemin qaynağı aşkarlanıb (ən az 1həftədən sonra) ona uyğun qərar veriləcək,əgər zədə alıbsa geri götürülməyəcək. ( Bu da mənim təcili sifarişim guya online edib işimi azaltmışdım )
1-cisi probkem diaqnostikalıq deyildi, açıq aydın görünurkü naqil öz yerinə keçmir, və toz torbası yerindən çıxmır,düyməsi işləmir
2-cisi niyə məhsul mağazada yoxlanmadam müştəriyə göndərilir
3-cüsü məhsul birdən zədəlidisə və karqoda alınıbsa zədə buna mən niyə məsuliyyət daşımalıyam
4-cüsü hansi üznən məhsulu göndərəndə nə vəziyyətdə olduğundan xəbəriniz olamdığı halda (7m-lik naqil tozsorandan çıxmış halda qoyulmuşdu qutuya) diaqnostikada öz bazanızda olarkən yaranan cızıqlara az qala lupayla baxib müştəri tərəfindən zədələndiyin qeyd edirsiz

P.s məhsulu diaqnistikaya bugün təhvil vermişəm. Çox səbirsizliklə cavab gözləyirəm #kontakthome

P.s 2. Kontakti məsləhət görməyən dostlardan dönə-dönə üzr istəyirəm.
Gülər Qurban

Gundeminfo.az xatırladır ki, Kontakt Home dükanlar şəbəkəsi deputat Elnur Allahverdiyevə məxsusdur. O deputat seçildikdən sonra biznesini ailə üzvləriinin adına keçirib. Qarşı tərəfin mövqeyiniişıqlandırmağa hazırıq!



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
527 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...