Fərzəli Qədirov barədə yeni iddialar

Fərzəli Qədirov barədə yeni iddialar

Misir Mərdanovun önəmli adamlarından biri olan şöbə müdiri Mikayıl Cabbarovun müavini olmaq istəyir?

Təhsil naziri Mikayıl Cabbarov "İnsan resursları” şöbəsinin müdiri Fərzəli Qədirovun təqdimatlarını əsas götürür.

Dia.az yazır ki, ”köhnə qvardiya”nın "lokomotivi” hesab olunan, "Mərdanovun sağ əli-Qədirov Fərzəli” indi yeni nazir üçün missiya yerinə yetirir.

F.Qədirov "Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması” şöbəsi ləğv olunsa belə, yeni komandada yeni şöbədə öz mövqeyini qoruyub saxlaya bilib. O, müəllim müsabiqələrinin keçirilməsi ilə əlaqədar pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi əməliyyatlarında "əvəzsiz xidmətləri” sayəsində mətbuatın "ulduzu”na çevrilib. Bu adam bu qədər əvəz olunmazdır ki, onsuz nə köhnə, nə də yeni nazirin işi aşmır.

Elə ona görədir ki, M.Cabbarov F.Qədirovu sabiq nazirin "layiqli kursunun davamçısı” kimi yanında saxlayır. Bu barədə araşdırma zamanı AzFakt.com mühüm faktlar əldə edib. Araşdırmalarımız zamanı məlum olub ki, Fərzəli Qədirov vaxtı ilə keçmiş təhsil naziri Misir Mərdanovun pulyığanı kimi tanınıb.

Eks-nazirin dövründən onun "vəzifəsi” nazirliyə pul gətirilməsi işlərini idarə etmək olub. İndi Qədirov yenidən aktiv fəaliyyətdədir və nazir üçün canfəşanlıq edir. Təbii ki, həm də öz postunda qala bilmək üçün…

Halbuki yeni nazir dayanmadan "rüşvətə yox” devizi ilə çıxış edir. Ancaq görünür M.Cabbarov öz imicini saxlamaq naminə Fərzəli Qədirovu qabağa verərək onun pulyığan imkanlarından istifadə edir.

AzFakt.com-a daxil olan məlumata görə, təhsil sektorundakı çirkli pulların bir hissəsinə nəzarəti Fərzəli Qədirov yerinə yetirir. Bu xüsusi "əməyi”nə görə onun bu yaxınlarda vəzifə veriləcəyi deyilir. Məlumatda bildirilir ki, F.Qədirov yaxın gələcəkdə təhsil nazirinin müavini postuna təyinat almaq istəyir. Maraqlı məqamlaradan biri isə şöbə müdiri F.Qədirovun öz ailəsinin də bu sektorda imkanlarını genişləndirir. Belə ki, şöbə müdiri həyat yoldaşını Kəmalə Qədirova 164 saylı orta məktəbə direktor təyin elətdirib.

Təhsil Nazirliyində işə götürmə, işdən çıxarma və bu qəbildən olan digər mühüm işlərin "mahir təşkilatçı”sı kimi tanınan Fərzəli Qədirov oğluna da qırmızı diplom qazandırıb.
Həyat yoldaşının direktor olduğu 164 saylı orta məktəbin məzunu Fərid Qədirli haqqı olmadığı halda qızıl medala layiq görülüb.

Məlumat üçün bildirək ki, hələ bir müddət öncə təhsil üzrə ekspertlərdə məhz bu məsələ ilə bağlı tutarlı arqumentlərlə çıxış etmişdilər. Belə ki, 2012-2013-cü tədris ilində ölkənin ümumtəhsil məktəblərinin XI sinifini medalla bitirmiş məzunlarının siyahısı açıqlanarkən 238 şagirdin qızıl, 10 şagirdin isə gümüş medal aldığını qeyd edilmişdi.

II qrupda imtahan verən bu şagird cəmi-cümlətanı 473 bal toplayıb. 473 – klassik «5» ballıq sistemə görə, 3,8 deməkdir. Deməli, nazirliyin təntənəli surətdə «qızıl»a layiq gördüyü Fərid Qədirli qəbul imtahanında etimadı doğrultmayıb.

Kimsə deyə bilər: medalçılar arasında bundan da aşağı nəticə göstərənlər var. Varsa, bu daha pis! İndi gəlin, düşünək: insafdırmı 473 bal toplayan Fəridə «qızıl» medal verilsin, amma 700 bal toplayaraq maksimum nəticə göstərən Sumqayıt məktəblisi Qafarova Flora, Bakı məktəbliləri Paşazadə Aytən və Müslümov Osmana nəinki «gızıl», heç «gümüş» medal da verilməsin?! Anası Kəmalə Qədirova 164 saylı orta məktəbin direktoru vəzifəsində çalışır və hər şeyi ifadə edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
5271 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...