Səfər Mehdiyev hələdə susur - iddia

Səfər Mehdiyev hələdə susur -
Dünən DİA.AZ olaraq Dövlət Gömrük Komitəsi rəhbərliyinin və onlara yaxın olan şəxslərin bulaşdığı çox çirkin korrupsiya və inhisarçılıq faktlarından bir qismini təqdim etdik. Xatırladaq ki, burada məsələ Azərbaycana gətirilən akkumluyatorlara nəzarət edən gizli şəbəkədən və bu zaman dövlət büdcəsinə vurulan külli miqdarda ziyandan söhbət gedirdi. Amma nədənsə bu faktlar DGK rəhbərliyi tərəfindən, xüsusən də özgə vaxtı dil-dil ötən DGK-nın mətbuat xidməti tərəfindən susqunluqla qarşılandı. Əslində bu, gözlənilən idi də. Çünki açıqlanan faktlar gəldiyi ilk günlərdə sinəsinə döyərək "bircə fakt göstərin, istefa verim" deyən Səfər Mehdiyevin DGK sədri kürsüsündən kəllə-mayallaq şəkildə yıxılmasına yetərlidir. Buna görə də susmaq, faktları unutdurmaqdan başqa yolları yoxdur.

Dia.az xatırladır ki, həmin məlumatda Səfər Mehdiyevin baldızı oğlunun özbaşınalıqlarından bəhs edilirdi (http://www.dia.az/1/259499-sefer-mehdiyevin-baldizi-oglu-korrupsya-zrvesnde.html). Məlumatın bəzi məqamlarını təkrar olaraq diqqətinizə çatdırırıq: "Bazarda akumlyaror monapoliyasını ələ alan Səfər Mehdiyevin baldızı oğlu, idarə rəisi Rəfail Niftəliyev bütün akumlyator gətirənlərə zülm edir. Hər dəfə “original” mal gətirənlərin qiymətini qaldırır. İş adamlarından biri hətta Türkiyənin Baş Naziri Cənab Ərdoğana şikayət etmişdi. Başqa birisi Komitənin sədrinin birinci müavini İsmayıl Hüseynovun Qusarda qəbuluna düşüb bütün bu biabırçılığı demişdi.

İdarə rəisi Rəfail Niftəliyev Səfər Mehdiyevə arxalanıb dövlətin siyasətinin əksinə gedir. Cənab Prezidentin dəfələrlə dediyi tapşırıqlara məhəl qoymur. Dağıdır büdcənin pullarini. Pul bunun gözünü örtüb.

Hörmətli Səfər Mehdiyev! Mətbuat işçilərinə deyirdiniz kı, “Gecə qara, cücə qara qurtardı”.... Xeyir qurtarmadı!!! Davam edir... sənin baldızın oğlu saxta diplomlu idarə rəisi dağıdır büdcəni. Davam edir. Bağlı qapılar arxasında davam edir.

Səfər Mehdiyev, deyirdiniz ki, bircə fakt verin, mən istehfa verəcəm. Fakt nə qədər desəz... Sadaladıqlarımız yetərli olmayıb?

FAKT ....BARS akumlyatoru gətirən Pərviz ibrahimov Rəfail Niftəlivlə 2019-cu il aprelin sonunda birlikdə Bakıdan Nehrəm kəndinə sənin baldızının ad gününə (27.04.1951) niyə getmişdilər? Fakt budur, inanmırsan AZAL-a sorğu verdir. Sizə çətin olmasın deyə, şəxsiyyət vəsiqələrinin məlumatlarını təqdim edirik... Xahiş edirik, sorğu verin..

İbrahimov Pərviz Namaz oğlu. 09.08.1978. Şəx-vəsiqəsi AZE AA0202347 verilmə tarixi 25.01.2019

Niftəliyev Rəfail Hüseyn oğlu 14.10.1981 Şəx-vəsiqəsi AZE AA0020720 verilmə tarixi 04.03.2019

Necə olur ki Səfər Mehdiyevin baldızı oğlu İdarə rəisi bütün qanunu akumlyator gətirənlərə zülm edir... Respublikaya akumlyator gətirən Nafta Baku, Rovel Treyd, Az interserviz , Qarant R+A şirkətlərinin gömrük bəyannamələrini qaldırın baxın, hamısınin orginal qanuni invoyslarını qəbul eləmir, hərəsinə 3000-5000 dollar qiymət qaldırılır. Amma hər vaqona 9000 dollar vergidən yayınan Pərviz İbrahimovla dost olur, birlikdə Nehrəmə - anasının ad gününə aparır? Əgər istəsəniz, biz AZAL-dan aldığımız gediş-dönüş biletlərinin surətini təqdim edə bilərik.

Baş İdarə rəisi Telman Mehdiyev... Siz də məsuliyyət daşıyırsnız! Eləcə də rəsmiləşdirən inspektor. Rafail pul qazanacaq, Pərvizlə restoranlarda, saunalarda kef çəkəcək.... siz də məsuliyyət daşıyacaqsız!!! Yadda saxlayın, dövlət büdcəsinə ödənişə görə illər keçsə də, cinayət işi qaldırılır. Və inarırıq kı yaxın vaxtlarda bu araşdırma cox yüksək səviyyədə öz nəticəsini verəcək.

İnspektor heyəti! Belə sənədləşməyə getməyin. Sabah sizi mhşər ayağına çəkəndə - hər vaqona görə aldığı 9000 dolları bölüb yeyən nə Rafail, nə də Pərviz sizlərə arxa durmayacaq.

Səfər Mehdiyev, budurmu islahat??? Tranzit şöbəsinin “gəliri” 841000 manat, Tək bir markada Qazaxıstan BARS akumlyatoru 146 vaqona 2 233 800 manat Cəmi 3 074 800 manat Üc milyon eeee... bir manat yox!!!!!!!"

Bəli, dəyərli oxucular, bu faktlar Səfər Mehdiyevin barəsində hüquqi araşdırmaların aparılması üçün yetərlidir. Tək qalanı isə buna "yuxarıların" maraq göstərməsi, qərar verməsidir. Bu qərarın isə yaxın günlərə təsadüf edəcəyi heç şübhəsizdir.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. Bu arada... qeyd edək ki, istənilən halda KİV haqqında qanunların tələbinə uyğun olaraq yenə də qarşı tərəfi dinləməyə hazır olduğumuzu bəyan edir, onların izahatlarını həvəslə gözləyirik...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
606 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...