Dövlətin iradəsinə qraşı çıxanlara BİRİNCİ DƏRS
Karantin rejimini pozaraq avqustun 18-də Novxanıda qızına toy edən sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev Abşeron Rayon Məhkəməsinə gətirilib.
Təşkilatçılar cəzalandırılıblar. İllər uzunu dövlətin ən yüksək postlarından birində əyləşən adam və adamlar toy edirlər. Azərbaycan Respublikasında hər bir vətəndaşa şamil ediləcək qadağalar, qanunlar qüvvədə olsa da Ramiz Mehdiyev bu qanunları heçə saydı.
Təşkilatçı Ramiz Mehdiyev idi. İştirakçılar da sıradan adamlar deyildilər. Məlum toydan videolar yayıldıqdan sonra ölkə ictimmayyəti haqlı olaraq etiraz etməyə başladı. Qanunlar qarşısında hər kəsin bərabər olduğunu, zəngin olan, dövlət məmuru olan şəxslərin cəza almalarını tələb etdi.
Bu mərasimi təşkil etməklə, Ramiz Mehdiyev və onun qohumları və toyda iştirak edən məmurlar da fərqində idilər ki, qanunları ayaqları altına alırlar. Əlbəttə ki, cəzalarını almalı idilər. Aldılar da. Bu gün məlum məhkəmə prossesi başlayanda belə sosial şəbəkələrdə "cərimə olunacaq, buraxılacaqlar", "Onlar üçün cərimə heç nədir" kimi ifadələr yer aldı. Əlbəttə ki, hansısa ucqar kənddə övladına ad günü təşkil edib cərimələnən sıravi vətəndaş qəzəbli olmaya bilməzdi.
Dövlət başçısı illərdir ki, çıxışlarında məmurların daha sadə olmalarını tövsiyyə və tələb edir. Qanunlara hörmətlə yanaşmalarını tələb edir Cənab Prezident. Son illərdə harın övladlarına görə onlarla məmur cəzalandırılıb. Vəzifədən azad edilib. Onlarla nazir, nazir müavini, icra başçısı həbs edilib - Dövlət Başçısının çağırışlarına məhəl qoymayıb zavallı, kasıb insanların ruzisini taladıqlarına görə...
Bu dəfə də Ramiz Mehdiyev də, onun kürəkəni də qudası da, hətta toyda iştirakını "əcəb eləmişəm" kimi ifadə edən deputat da cəzalanmalı idi. Başqa cür ola da bilməzdi. Əgər bu sabiq məmur zümrəsi dəyişən Azərbaycanı geriyə sürükləmək, baş verən yeni siyasi transformasiyaya uyğunlaşa bilmirsə, qanunları tapdayaraq xaos içində yaşamağa cəhd edirlərsə, Dövlət Başçısının yanında olan xalqın milyonlarla üzvü onların cəzalandırılmasını tələb edəcəkdi.
Kimlərsə hələ də köhnə dövürdə istədiyini edə biləcəyi havasında qalıb. Arada qulaqburması verilərək onları doğru yola, Dəyişən Azərbaycanda yaşamağa dəvət etmək lazımdır. Bu iradə Cənab Prezident İlham Əliyevin iradəsidir.
Razi Abasbəyli
Gundeminfo.az
659 dəfə oxundu