Cavid Qurbanov özünə "top.az günü ağlayır"

Bu yaxınlarda dövlət başçısı dövlət büdcəsindən milyonluq layihələrə pul alan, hətta bəzi hallarda 700 milyon manata xarici ölkələrdən məsləhətçi dəvət edən Azərbaycan Dövlət Dəmiryollarını tənqid etmişdi.
Bu videodan da görünür ki, Prezident Cavid Qurbanovun rəhbəri olduğu qurumdan hesabat tələb edir. Niyə? Çünki Azərbaycan Dövlət Dəmiryolları ASC son illərdə büdcədən ən çox dotasiya alan qurumlardan biridir. Amma ADY rəhbəri bu büdcə pullarını necə istifadə edir?
Bu barədə mediada bu suallara aydın cavablar var. Hər halda dəmiryollarına yeni xətlərin çəkilməsi, yeni lokomativlərin alınması, amma ortada büdcə ödənişləri investitsiyaların geri qaytarılması üçün nələr edilir? Dövlət Başçısının ünvanlı olaraq suallarına bu günə qədər cavab verilməsə də yerli mediada artıq bu suallara cavab verilib.
Azərbaycan mətbuatı isə yazır ki, «Baltech Investment LLC” şirkətinin təsisçisi Türkiyə vətəndaşı, “Azərinşaatservis” MMC-nin keçmiş rəhbəri, məlum “Beynəlxalq Bank işi”ndə adı hallanan və 250 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunan Bülent Karanidir.
Gundeminfo.az xatırladır ki, bu həmin B.Karani ki, 2012-ci ildə Azərbaycandan qaçıb və onun adı elə həmin il “Panama Papers” sənədlərində də öz əksini tapıb. Hansı ki, onun «Baltech Investment LLC” şirkəti vasitəsilə Azərbaycandan ofşor zonalara külli miqdarda vəsait çıxardığı iddia olunur. Hətta Cavid Qurbanovun da qeyri-rəsmi olaraq rəhbərlik etdiyi bu şirkət vasitəsilə ölkədən milyonlarla dollar çıxardığı vurğulanır…
Belə bir informasiya da var ki, əslində «Azərinteltek” QSC-nin «Turkcell» şirkətinə məxus olan 51 faizlik səhminin alınması təşəbbüsü də məhz Bülent Karanidən gəlib. O, Cavid Qurbanovu inandırıb ki, “TOPAZ”a tam nəzarət etməklə, daha böyük gəlir əldə etmək olar. Nəticədə C.Qurbanov alqı-satqı işinə razılıq verib.
Yeri gəlmişkən, C.Qurbanovun adı “Panama Papers” sənədlərinə düşən «Baltech Investment LLC”-nin ona məxsus olmadığını iddia etməsi tamamilə anlaşılandır. Elə biz də bu şirkətin rəsmi olaraq C.Qurbanova aid olduğunu iddia etmirik. Amma bu şirkətin təsisçisi, “Azərinşaatservis” MMC-nin keçmiş rəhbəri Bülent Karaninin Cavid müəllimlə biznes ortağı olduğu hakimiyyətdə çoxlarına bəllidir.
Bu istiqamətdə saytımızın geniş araşdırması bir neçə gün sonra yayımlanacaq. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
543 dəfə oxundu