Səfər Mehdiyev təlaşda - təftiş başlayır

Xəbəri verən qaynaq iddia edir ki, yaxın günlərdə gömrük sisyemində total təftişin həyata keçirilməsi gözlənilir. Dia.az-a deyilənlər:
"Bütün arxiv sənədlərini yenidən araşdırırlar. Yaxşı başa düşürlər ki, yoxlama aparılacağı təqdirdə ortaya ciddi ittihamları çıxaracaq faktlar əldə edilə bilər. Ona görə də Səfər Mehdiyev qəti göstəriş verib ki, sənədlərdəki əyər-əskiklik aradan qaldırılsın".
Xatırladaq ki, hələ keçən həftə DGK-da yoxlamaların həyata keçiriləcəyi haqda informasiyalar yayılıb. İndi isə görünəni odur ki, DGK rəhbərlkiyi hansısa faktların açığa çıxacağından ehtiyat edir. Buna görə də ciddi şəkildə hazırlıq gedir...
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
471 dəfə oxundu