Deputat facebook qrupunu satın alıb? İDDİA

"Deməli, ölkədə rəqabət üçün yaxşı müstəvi olan, müştərinin şikayəti ilə tanış olub real nəticə çıxarmağa kömək olan bir facebook qrupu var idi. Müştəriyəm şikayətim var qrupu. Niyə var idi?
Çünki orda ən çox şikayətlərin olduğu qurumlardan biri olan Kontakt Home qrupu satın alıb. İndi daha Kontakt Homeden şikayətləri görmək olmur)) Arada bir-iki guya şikayət tipli məlumatı işıqlandırıb, sonra da onu həll edib "müştəri məmnuniyyəti" yaradırlar. Bu da bir yana. Başlayıblar camaatın əsəbi, şikayəti üstündə pul qazanmağa. Şirkətlərlə alverə gedib, kim əməkdaşlıq edirsə, onun şikayətini silirlər. Bu da Sizə müştəriyəm, şikayətim var))" - Gundeminfo.az xəbər verir ki, bu barədə sosial şəbəkədə tanınmış jurnalist, APA Xəbər Agentliyinin rəhbəri Vüsalə Mahirqızı məlumat verib.
Bizim apardığımız müşahidələr göstərir ki, həmkarımızın iddiaları gerçəkliyi ifadə edir. Həqiqətən də ölkənin ən çox müştəri şikayət edilən ticarət qrupu Kontakt Home idi. Həm texniki servisin bərbadlığı, həm çatdırılma, həm də kredit şərtləri ilə az qala hər gün bu ticarət markasından narazılıq var idi. Lakin son bir neçə ay ərzində demək olar ki, belə narazılıqlara rast gəlmək olmur.
Gundeminfo.az olaraq xatırladaq ki, Kontakt Home Milli Məclisin deputatı Elnur Allahverdiyevə məxsusdur. Elnur Allahverdiyev deputat olduqdan sonra Kontakt Homedakı payını yaxın qohumlarından birinin adına rəsmiləşdirib. Lakin yerli mediada gedən iddialara əsasən Elnur Allahverdiyev faktiki olaraq Kontakt Homenin sahibidir.
Yeri gəlmişkən Kontakt Home-dən şikayətlər yoxa çıxandan sonra Elnur Allahverdiyev demək olar ki, hər gün yerli mediada gündəmdə olan məsələlərə münasibət bildirir. Lakin canlı olaraq deyil, hazır yazılı mətnlər formasında...
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
449 dəfə oxundu