Rəcəb Babaşov məhkəməyə verildi - FOTO

Rəcəb Babaşov məhkəməyə verildi -
Qazax rayonu 2-ci Şıxlı kənd sakini Dilişov Zirəddin Əmiraslan oğlu “Torpaq sahəsindən istifadəyə qoyulmuş məhdudiyyətlərin qanunsuz hesab edilməsi, məhdudiyyətlərin aradan qaldırılması və torpağın mülkiyyətçisinə istifadəyə verilməsi və torpaqdan istifadə edilməməsi səbəbindən dəymiş zərərin ödənilməsi” tələbi ilə Qazax rayon İH-ni məhkəməyə verib.

Reportyor.info xəbər verir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edən vətəndaş torpaq islahatı zamanı onun mülkiyyətinə verilmiş 1,6262 ha torpaq sahəsinin son 4 ildə Qazax rayon IH tərəfindən qanunsuz olaraq əkilməsi və IH tərəfindən vətəndaşa hər hansı bir icarə haqqının ödənilməməsi iddiası ilə məhkəməyə müraciət edib..
Vətəndaş Dilişov Zirəddin onu da bildirib ki, pozulmuş hüquqlarının bərpa edilməsi üçün Qazax rayon IH-nə müraciət etsə də iddiaçının barəsində məhkəmə qərarı ilə həbs inzibati tənbeh tədbiri tətbiq edilib.

Vətəndaş Dilişov torpaqdan istifadə edilməməsi səbəbindən dəymiş 40000 (qırx min ) manat zərərin ödənilməsi tələbini də qaldırıb.

Rəcəb Babaşov məhkəməyə verildi -
Rəcəb Babaşov məhkəməyə verildi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1057 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...