Göyçay sakini prezidentə müraciət etdi - FOTOLAR

Göyçay sakini prezidentə müraciət etdi -

Göyçay rayonu Müskürlü kənd sakini Qəhrəmanova Arzu Əlisəfa qızı tərəfindən Gundeminfo.az-a şikayət məktubu daxil olub. Göyçay RİH rəhbərliyinin diqqətsizliyindən, Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsinin müdirinin onların hazırkı durumunu nəzərə almadan qərar verməsindən narazı qalan şikayətçi acınacaqlı vəziyyətdə yaşayan ailəsinə kömək edilməsinə son çarə kimi Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

"Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevə müraciət edirəm. Himayəmdə olan 5 azyaşlı uşaqla aclıq, yoxsulluq içində yaşamağa məhkum olmuşuq. Böyüyünün 12, kiçiyinin isə 3 yaşı olmaqla himayəmizdə 5 uşağımız var. Özüm də 6 aylıq hamiləyəm. Həyat yoldaşım işsizdir, heç bir yerdən gəlirimiz yoxdur. Günlərlə quru çörəyi belə tapmırıq. Bu səbəbdən azyaşlı uşaqlarım xəstəlik tapıblar. Ünvanlı sosial yardım təyinatı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsinin müdirinin qəbulunda olduq. Bizə bildirdi ki, həyat yoldaşın Qəhrəmanov Cümşüd Yunis oğlunun adına torpaq sahəsi var, buna görə sizə sosial yardım düşmür. Mən onlara başa saldım ki, həmin torpaq əkinə yararlı deyil, şorandır, həmçinin su böhranına görə torpaq əkib, gəlir götürmək mümkün deyil. Buna baxmayaraq, DSMF-nin Göyçay rayon şöbəsi 5 azyaşlı uşağın aclıqdan ölməsini nəzərə almadılar. Həyat yoldaşım hazırda həyət süpürgəsi yığıb bağlayıb yolun kənarında satmaqla məşğuldur ki, buna görə gün ərzində 2 və ya 3 manat pul qazanır. Bu isə quru çörəyimizə güclə çatır. Bu məşğuıiyyət isə cəmi 15 günlükdür.

Dəfələrlə Göyçay Rayon İcra Hakimiyyəti Başçısı Mehdi Səlimzadənin qəbulunda olub həyat yoldaşımı və mənim işlə təmin olunmağımıza köməklik göstərməsini xahiş etsək də əhəmiyyət verməyib. Çünki o indiyə qədər heç bir Göyçay rayon sakininə kömək etməyib.

Bəlkə də Azərbaycanda bizim kimi aclıq, səfalət, yoxsulluq içində yaşayan ikinci bir ailə yoxdur. Evimiz çiy kərpicdən inşa edilib. Köhnə və yaşamağa yararsızdır. İmkansızlıqdan bu il uşaqlarımız məktəbə oxumağa getməyəcəklər. Çünki onların paltar və ayaqqabıları yoxdur. Qohum-qonşuların verdiyi quru çörəklə nə vaxta kimi zülm çəkib yaşayacayıq. Artıq intihar etmək həddindəyik.

Ancaq yenə də ümüdümü üzməmişəm ki, Azərbaycan Respublikasının İlham Əliyev kimi ədalətli Prezidenti və Mehriban xanım Əliyeva kimi mərhəmətli birinci vitse-prezidenti var.

Hörmətli Prezident, hörmətli Mehriban xanım, Sizə yalvarıram 5 azyaşlı uşağımı aclıqdan məhv olmağa qoymayın, bizim ailəyə ünvanlı sosial yardım təyin olunmasına köməklik göstərin.


Göyçay sakini prezidentə müraciət etdi -
Göyçay sakini prezidentə müraciət etdi -
Göyçay sakini prezidentə müraciət etdi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
976 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...