5 gündür Zaqatalada içməli su yoxdur - sakinlərin narazılığı

5 gündür Zaqatalada içməli su yoxdur -
"Çağrı Mərkəzi Azersu, Zaqatalanın su problemi nə vaxt həll ediləcək? Bugün 4-cü gündür şəhərin mərkəzinə su gəlmir. Heç olmasa deyin problem nədədir? Bəlkə pul yığmaq lazımdır? Bəlkə işçi qüvvəsi lazımdır? Nə məsələdir? Nə edək? Çağrı mərkəzinizlə danışmaqdan bir evli kimi olmuşuq artıq... @Zaqatala rayon İcra Hakimiyyəti
edit: bugün 5-ci gündür" - Gundeminfo.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçisi olan Zaqatala sakinlərindən biri yazıb. Daha sonra isə xeyli sayda rayon sakini narazılıq edərək rayon mərkəzində içməli suyun olmamasını da bildiriblər.

Hətta sakinlərdən biri iddia edib ki, yeynitiyə yol verildiyindən Zaqatalada inşa edilən su anbarının tikintisi də baş tutmyaıb. Bir sıra məqamları nəzərə alaraq sosial şəbəkə istifadəçilərinin adlarını açıqlamırıq. Güman edirik ki, qısa zamanda Zaqatalada yaranan problemlə bağlı rəsmi açıqlama olacaq.

5 gündür Zaqatalada içməli su yoxdur -
5 gündür Zaqatalada içməli su yoxdur -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
339 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...