Bu məşhur məhkəmə sədri də yola salınır

Bu məşhur məhkəmə sədri də yola salınır
Yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev tutduğu vəzifədən kənarlaşdırılacaq.

Bu barədə Gununsesi.info-ya məhkəmə hakimiyyəti orqanlarından məlumat verilib.

Məlumata görə, İman Nağıyevin postundan kənarlaşdırılmasına səbəb Bakı Apellyasiya Məhkəməsinin fəaliyyətindəki qanunsuzluqlarla bağlı ölkə başçısına ünvanlanan on minlərlə vətəndaş şikayətləridir.

Qeyd edək ki, sifarişli qərarlar, rüşvət hallarl barədə Bakı Apellyasiya Məhkəməsi ön sırada dayanır.

Qeyd edək ki, İman Nağıyev 2007-ci ildən Bakı Apellyasiya Məhkəməsinin sədri postunu tutur.

Məlumatda o da qeyd olunur ki, İman Nağıyev , həmçinin, Hakimlərin Seçki Komitəsinin sədri postundan da uzaqlaşdırılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
294 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...