Ermənilər müharibəyə uşaqları cəlb edir - VİDEO

Ermənilər müharibəyə uşaqları cəlb edir -
Ermənistanın siyasi-hərbi rəhbərliyi Dağlıq Qarabağda gedən hərbi əməliyyatlara yeniyetmələri də cəlb edir.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı video sosial şəbəkədə ermənilərin özləri tərəfindən yayılıb. İşğalçı ölkənin Beynəlxalq konvensiyaları və normaları kobud şəkildə pozmasını sübut edən videogörüntüdə Valeri adlı yeniyetmə yer alıb.

Bununla da düşmənin BMT-nin, UNİCEF-in Paris konvensiyasının uşaq hüquqları ilə bağlı konvensiya və normalarını pozması sübuta yetirilir.

Qeyd edək ki, Ermənistan mediasında orduda şəxsi heyətin çatışmazlığı və əməliyyatlara yaşlı şəxslərin cəlb olunması ilə bağlı materiallar da dərc olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
124 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...