30 erməni meyidi və iki şəxs ermənilərə təhvil verildi

30 erməni meyidi və iki şəxs ermənilərə təhvil verildi
Azərbaycan 30-a yaxın hərbçinin meyitini və iki mülki şəxsi Ermənistana təhvil verib.

“Gundeminfo”nun verdiyi xəbərə görə, bu barədə hazırda Bərdə-Tərtər zonasında olan Prezidentin köməkçisi Hikmət Hacıyev məlumat verib.

H.Hacıyev bildirib ki, Ermənistan bu məsələdə xoş niyyət göstərmirdi. Biz bu xüsusda Rusiya Müdafiə Nazirliyinin, şəxsən Müdafiə naziri Sergey Şoyqonun səylərini yüksək qiymətləndiririk:

"Rusiyanın bu humanitar təşəbbüsü dəstəkləməsi nəticəsində Ermənistan tərəfi Qazax-Tovuz istiqamətində humanitar koridorun açılmasına və öz əsgərlərinin meyitlərinin və vətəndaşlarının qəbul edilməsinə razılıq verib. İndilərdə bu əməliyyat başa çatdı".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
386 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...