Səfər Mehdiyevin yeni inhisarçı komandası...

Səfər Mehdiyevin yeni inhisarçı komandası...
"Bəlkə də yarandığı gündən bəri yalnız hazırki dönəmdir ki, Dövlət Gömrük Komitəsi sırf olaraq konkret qrup marağının xidmətçisi kimi tam olaraq möhkəmlənib. Doğrudur, Səfər Mehdiyevə qədər də gömrük sistemində ciddi inhisarlaşma mövcud idi və deyə bilərik ki, hətta biabırçı bir mühit dıə hökm sürürürdü. DGK həmin dönəmlərdə ayrı-ayrı məmurların arasında bölüşdürülmüş bir bazarı xatırladırdı. İndi isə..." Bu sözlər DİA.AZ-a göndərilən məqalədə yer alıb.

Məqalədə daha sonra bildirilir: "İndi isə vəziyyət dəyişib. Amma necə? Açıq deyə bilərik ki, bu gün həmin oliqarx-məmurların DGK-ya təsir imkanları yetərincə məhdudlaşdırılıb. Amma bunun əvəzində DGK sədri Səfər Mehdiyev öz inhisarçı imperiyasını qurmaağa müvəffəq olub. Yəni son nəticədə dəyişən heç nə yoxdur.

Bu vaxta qəıdər gömrükdə aparılan bütün islahatlar forma və xarakterindən asılı olmayaraq Səfər Mehdiyevin şəxsi maraqlarına xidmət edib və etməkdədir, desək, yanılmarıq. Səfər Mehdiyev dövlətin maraqları fonunda cərəyan etməli olan prosesi ustalıqla öz xeyrinə dəyişə bildi ki, nəticədə bu gün gömrük sistemi dövlətə yox, Səfər Mehdiyevə xidmət edir.

Faktlar yetərincədir. Elə təkcə ölkəyə gətirilən akumulyator biznesini ötəri şəkildə araşdırsalar, ortaya ciddi faktlar çıxar. Bu barədə DİA.AZ saytında yetərincə ciddi faktlar açıqlanmışdı. Amma Səfər Mehdiyev ifşa olunan məqama dövlətin maraqları çərçivəsində müdaxilə etmək əvəzinə, həmin faktları ictimailəşdirən narazı sahibkarları həıdəfə almaqla yetindi ki, bu da əslində problemin hansısa gömrük istiqamətində olması deyil, birbaşa olaraq DGK-nin yapısında olduğunu tam çılpaqlığı ilə ortaya çıxardı.

Səfər Mehdiyev köhnə eşalonun yadigarı olaraq dəfələrlə nümayiş etdirdi ki, o, hakimiyyətin yeniləşən komandasında bir "yamaq" mahiyyətlidir və ilk başdan ona böyük ümidlər bəsləyən hakimiyyətin DGK-dan əlini üzməkdən başqa çarəsi yoxdur".

Qeyd edək ki, kifayət qədər ciddi ittihamların yer aldığı və konkret faktların açıqlandığı məqalədə Səfər Mehdiyevin cavab verməli olduğu məqamlar yetərincədir. Dia.az olaraq bu faktları növbəti materialımızda işıqlandırmaq qərarına gəldik. Səbəbi isə bəzi dəqiqləşdirilmələrin naparılmasıdır.

Məqalə müəllifi isə fikirlərini belə yekunlaşdırır: "Səfər Mehdiyev bütün hərəkətləri ilə gömrükdə psevdoislahatçı mahiyyətini ortaya qoymuş fiqurdur. Bu gün gömrükdə onun qohumlarından, dostlarından ibarət talançı bir dəstə fəaliyyətdədir. Faktlar da bunu təsdiqləyir və Səfər Mehdiyevin gömrük rəhbərliyi nə qədər uzun çəkəcəksə, bunun iqtisadi zərbələrinə dövlət və millət olaraq qatlanmaq zorunda qalacağıq".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
293 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...