Qubada DOST MMC=ni icra başçısı idarə edir?

Ötən ilin Yanvar-Fevral –Mart –Aprel və May aylarında DOST-iş MMC tərəfindən Quba rayonuna ayrılan 525 iş yerinin 200 dən çoxunun əmək haqqı kartları vətəndaşların adına rəsmiləşsədə o vətəndaşların nə bu iş yerlərindən nə də əmək haqqından xəbərləri olmuyub.Yanvar ayının 13 də Azərbaycan prezidenti yanında keçirilən müşavirədə ölkə başçısının bu istiqamətdə yol verilən qanun pozuntuları barədə çıxışından dərhal sonra icra başçısı Ziyəddin Əliyev iclas keçirərək adları həmin iş yerlərinə rəsmiləşdirilən 200 dən çox şəxsin müqaviləsinə xitam verib .Daha sonra həmin kvota yenidən bölüşdürülüb. Amma bu bölgü zamanıda rayonda bir sıra xoşagəlməz hallar yaşanıb.Və sakinlər bu barədə hüquq mühafizə orqanlarına yazılı müraciət edib.Vətəndaşların müraciətlərindən sonra Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən operativ araşdırmalara başlanılıb.
XalqXeber.Az
325 dəfə oxundu