Bu bankda vəziyyət gərgindir - FAKT

“Kommersant.az” bankın hesabatına istinadən xəbər verir ki, “Express Bank”ın son 1 il ərzində problemli kreditləri artıb. Həmin dövrdə də banka Mehman Məmmədov rəhbərlik edib. Artıq M.Məmmədovun sədr təyin olunduğu gündən bankın hesabatlarında azalan dinamikalarla az-çox tanışsınız. Buna görə də bankın gələcək hesabatlarını da az-çox təsəvvür etmək mümkündür.
GECİKMƏLƏRDƏ ARTAN RƏQƏMLƏR
“Express Bank”ın müştərilərinə verdiyi biznes kreditləri ötən ilin 4-cü rübü ilə müqayisədə 13 mln. 243 min manat, istehlak kreditləri 10 mln. 622 min manat, daşınmaz əmlak kreditindəki problem isə 1 mln. 215 min manat artaraq 1 mln.384 min manata çatıb.
ELƏCƏDƏ BAX: “Express Bank”ın azalan - "D vitamini"
ELƏCƏDƏ BAX: Rəngi qədər gələcəyi paraq olmayan “Express Bank”ın - M vitamini azalıb

2020-ci ilin 3-cü rübündə 30 günlük gecikmə 8 mln.916 min manat artaraq 17 mln. 421 min manata çatıb. Bundan başqa 30 gündən 60 günədək olan gecikmələr 2019-cu ilin 4-cü rübü ilə müqayisədə 2 mln. 180 min manat artaraq 3 mln. 235 min manat, 61 gündən 90 günədək olan gecikmələr 941 min manat artaraq 1 mln. 329 min manat, 91 gündən 120 günədək olan borclar 1 mln. 781 min manat artaraq 1 mln. 910 min manat, 121 gündən 150 günədək olan gecikmələr 1 mln. 362 min manat artaraq 1 mln. 629 min manat, 151 gündən 180 günədək olan gecikmələr 6 mln. 311 min manat artaraq 6 mln. 567 min manat, 181 gündən 210 günədək olan gecikmələr 1 mln. 969 min manat artaraq 2 mln. 53 min manat olub. Ən əsası isə bankın 1 il və daha artıq olan problemli kreditləri 624 min manat artaraq 2 mln. 606 min manata çatıb. Bunun da böyük əksəriyyəti 470 min manatlıq fərqlə istehlak kreditlərinin payına düşüb.
328 dəfə oxundu