Səfər Mehdiyevin müdhiş "tvit"i və...

"Bu günə olan məlumata görə, Azərbaycanın gömrük orqanları 3,83 milyard manat olan ilik büdcə proqnozuna qarşı 3,887 milyard manat gömrük rüsumu və vergi toplayaraq dövlət büdcəsinə köçürüb".
Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev öz “Tvitter” səhifəsində yazıb.
“Bununla da, proqnoza 101,5% əməl olunub”, - o deyib.
Maraqlıdır Səfər Mehdiyev bütün dünyada pandemiya dövründə geriləmə olduğu halda proqnozu necə yüz faizin üzərində yerinə yetirə bilib? Gundeminfo.az il ərzində Dövlət Gömrük Komitəsinin hesabatlarına diqqət çəkir.
Belə ki, il ərzində 2019-cu ilin eyni dövrləri ilə müqayisədə azalma, yığımlarla bağlı geriləmə statistikada öz əksini tapıb. Bəs o zaman necə olur ki, Cənab Mehdiyev "tvit" atmaq eşqinə düşür. Bəlkə düşünür ki, hansısa böyük uğurun tvitini atır? Amma və lakin həm cari ildə DGK üçün nəzərdə tutulan proqnozlar da azalıb. Ödhəliklər bəlli qlobal pandemiya səbəbindən aşağı salınıb. Məsələn elə DGK-nın rəsmi açıqlamalarından da görünür ki, il ərzində yığımlarda, daşıma ürə gömrük rüsumlarında ciddi azalma müşahidə olunub.
Başlayaq bu ilin əvvələrində olan rəsmi statistikadan, yanvar ayında Dövlət Gömrük Komitəsinin (DGK-nın) xətti ilə dövlət büdcəsinə dekabrdakından 61.4 milyon manat az daxil olub. Bunun iqtisadi fəallığın azalmasından qaynaqlandığı bildirilirdi.
Məsələn fevral-mart aylarında DGK-si 173.6 milyon manat vergi və rüsum toplaya bilib. Dekabrla müqayisədə yol vergisi (2.1 milyon manat) 12 dəfə az yığılıb. Aksizlər (2.7 milyon manat) 58 faiz azalıb. Ay boyunca malların idxal və ixracından 44.2 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə 124.6 milyon manat yığıldı.
İndi isə daha bir mühim məqama diqqət edək:
- Bu il DGK-ya verilən tapşırıq ötənilkindən azdır. Ötən il komitə dövlət büdcəsinə 2 milyard 291.6 milyon manat köçürüb. Bu il 2.2 milyard manat köçürmək yetərli sayılacaq. Yəni indi Səfər Mehdiyevin o müdhiş "tvitit" həm 2020-c ilin dövrü hesabatları, həm də sonuc ilə üst-üstə düşmür. Əvvəla Səfər Mehdiyevin rəhbəri olduğu qurumun üzərinə qoyulan planın həcmi aşağı salınıb. İkincisi ilin yekun rəqəmləri ilə aylıq, rüblük hesabatlardakı azalma necə olur ki, ilin yekununda 100 faizin üzərində olur?
Bu məqam kifayət qədər mühimdir. Gundeminfo.az bildirir ki, aylardır ölkəyə avtomobil idxalı ilə bağlı gömrükdə çox ağır şərtlər irəli sürülüb. Xüsusilə birbaşa Səfər Mehdiyevin göstərişi ilə üçüncü ölkələrdən avtomobil idxalını həyata keçirən şirkətlərə dekabr ayında alınan "şapka" ikiqat artırılıb. Məsələn sosial şəbəkələrdə Koreya, ABŞ və Avropa auksionlarından ikinci əl avtomobil alaraq daşımanı həyata keçirən şirkətlər qiymətləri iki dəfə artırıblar. Səbəb kimi də göstərirlər ki, DGK rəhbərliyi qiyməti artırıb. Görünür, Səfər Mehdiyevin o müdhiş "tvitini" 2020-ci ilə deyil, cari dekabr ayına uyğun atıb.
Bu mövzu ilə bağlı araşdırmalarımız davam edəcək. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
436 dəfə oxundu