Melissa Group sakinləri belə aldatdı - FOTOFAKT

Melissa Group sakinləri belə aldatdı -


Çox hörmətsiz Melissa Group,

Özünüzə üstü bəzəkli yeni satış ofisi düzəltməklə deyil, altı yenə də təzəkdir. Biz o binalarda ev alanda bizi əmin etmişdiniz ki, daimi isti suyu, ümumi istilik sistemi olacaq. Ancaq sizin o vədləriniz evi satanadək imiş, sizin üçün müştəri məmnuniyyəti heç nədir. Bir şirkətin ki, rəhbəri Qalib Məmmədov üz-üzə gəldiyi sakini qəbul etməmək üçün qaçıb başqa otağa girə, bir rəhbəri Xəzər Məmmədov sakinə şikayət etdiyinə görə hədə-qorxu gələ, o şirkətdə nə müştəri məmnuniyyəti!

Gundeminfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə Melissa Qrup Yaşayış Komleksində məskunlaşmış vətəndaşlardan biri yazıb.
Melissa Group sakinləri belə aldatdı -

Şikayətçi daha sonra bildirib ki, Melissa Park şirkəti ilə bağladığımız müqaviləyə əsasən, bizim binalara daimi ümumi istilik və isti su verilməlidir. Ancaq şirkətin kefinə düşüb ki, qazanxananı ləğv etsin və Azəristiliklə də müqaviləni ləğv edib. bu il istilik sistemini verməkdən imtina etdi. Dekabrın sonundan isə isti suyun verilməsini dayandıracaq. Həm də hansı gün? Düz 30 dekabr tarixində, yeni təqvim iliniz xeyirli olsun mesajı verirlər sakinlərə. Çünki, binalar tikilərkən ağıllarlna gəlməyib ki, mühəndislə məsləhətləşsinlər və kiçik qazanxana quraşdırıblar. O kiçik qazanxana isə belə böyük kompleksə bəs etmir. Öz səhvlərini etiraf edib, bunu müştərinin xeyrinə həll etmək əvəzinə, qazanxana və sayğac üçün pul ödəmiş sakinlərə kombini özünüz almalısınız deyirlər.
Melissa Group sakinləri belə aldatdı -

Kompleksdə problemlər çoxdur, sadalamaqla bitməz. Lakin hazırki durumda, müharibədən çıxmış və gəlir yerlərini itirmiş vətəndaşlar fonunda sakinlərə bir də belə zərbə vurmaq insafsızlıqdır.

Bu yazını yazmaqla da heç nə düzəlməyəcək, ancaq ən azından ev alarkən belə fırıldaqçı şirkətlərdən uzaq durun. Həm pulunuz gedəcək, həm əsəbləriniz.

Gundeminfo.az olaraq Melissa Qrup Yaşayış Komleksinin də rəsmi mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
764 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...