Gömrük Komitəsi ləğv edilir?

Gömrük Komitəsi ləğv edilir?
Yaxın aylarda Dövlət Gömrük Komitəsinin ləğv ediləcəyi deyilir.

Bizimxeber.az-a daxil olan məlumata görə, yeni innovativ sistemlərin tətbiqi və islahatlarla ayaqlaşmayan Komitənin ləğvi üçün ciddi əsaslar var.

Məlumatda qeyd olunur ki, gömrük sisteminin işi Vergilər Nazirliyinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə verilə bilər.

Qeyd edək ki, hazırda Vergilər Nazirliyinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi Gömrük Komitəsində aparılan idxal-ixrac əməliyyatlarına nəzarət mexanizmi həyata keçirir.

Bu hal Dövlət Gömrük Komitəsi ləğv edilməsi və Gömrük Komitəsinin rəhbəri Səfər Mehtiyevin vəzifədən uzaqlaşdırılması deməkdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
351 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...