Qusarın icra başçısı qanunları heçə sayır? - FOTOLAR

Qusarın icra başçısı qanunları heçə sayır? -
Azərbaycanda pandemiya əleyhinə əsas və mühim olaraq ciddi riayət edilən şərtlərdən biri də, tibbi maskadan istifadə etməkdir. Xüsusilə də qapalı məkanlarda tibbi maskadan istifadə etmək məcburidir. Hətta dövlət başçısı da qapalı məkanlarda tibbi maskadan istifadə edir. Lakin bəzi icra başçıları var ki, bu qaydaları nəinki unudur, onlara əməl etmək də istəmirlər.

Gundeminfo.az xəbər verir ki, belə icra başçılarından biri də Qusar rayonun icra başçısı Şair Alxasovdur.

Bu gün sosial şəbəkələrdə əsas müzakirə edilən görüntülərdən biri də, icra başçısı Şair Alxasovun maskasiz olaraq ASAN xidmət mərkəzinə gəlməsi və sürücülük vəsiqəsini dəyişməsi ilə bağlı oldu. Ola bilər ki, iddia edilsin ki, möhtərəm başçı sürücülük vəsiqəsini dəyişən zaman şəkil çəkdirməli olub və bu səbəbdən də tibbi maskanı çıxarıb. Biz də belə düşünmək istədik. Lakin bütün fotolara diqqətlə baxanda gördük ki, əslində bu belə deyil. Çox hörmətli Şair Alxasov ASAN xidmətdə olduğu ən müxtəlif zamanlarda belə tibbi maskadan istifadə etimir. Yəni sürücülük vəsiqəsini almaq üçün tələb olunan bir neçə saniyəlik müddətdə maskanı çıxarmaq olar. Lakin Şair müəllim maskan ıümumiyyətlə taxmayıb. Bu məqama dünəndən bir rəsmi açıqlama gözləsək də, icra başçısının aparatı dünəndən bəri heç bir açıqlama verməyi vacib belə saymır. Adını siz qoyun...

Bütün haallarda GUNDEMİNFO.AZ olaraq qarşı tərəfin mövqeyinə yer verməyə hazırıq.


Qusarın icra başçısı qanunları heçə sayır? -
Qusarın icra başçısı qanunları heçə sayır? -
Qusarın icra başçısı qanunları heçə sayır? -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
998 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...