Bu gedişlə dollar bahalaşacaq, infilyasiya artacaq... - PROQNOZ

Bu gedişlə dollar bahalaşacaq, infilyasiya artacaq... -

Bu gedişlə dollar bahalaşacaq, infilyasiya artacaq...

Bu gün açıqlanan rəsmi statistika heyrətləndiricidir. 2006-cı ildən bəri bu il dövriyyədəki nağd pulun həcmi rekord səviyyədə yüksəlib. Cari ilin yanvarın 1-də Azərbaycanda ümumi nağd pul tədavülü 11 milyard 828 milyon manat təşkil edib. Mərkəzi Bankın açıqlamasına əsasən tədavüldə olan nağd pulların 11 milyard 745 milyon manatı kağız, 83 milyon manatı isə metal pul nişanlarıdır. Azərbaycanda tədavüldə olan nağd pul kütləsi niyə artır? Bu prossesin qarşısı niyə alınmır. İlk öncə dövriyyədə olan nağd pul kütləsinin artması qiymətlərin yüksəlməsinə, infilyasiya göstəricilərinin artmasına səbəb olur. Pandemiya dövründə əksər xidmət sektorlarının yarıqapanma halında fəaliyyəti, aylardır ki, xarici ticarətdə əsasən nağd əskinas daşıyıcısı ola biləcək kiçik sahibkarların və vətəndaşlarının iştirak etməməsi şərtləri də var. Nağd pul daşıyıcısı olan vətəndaşlar evə qapanaraq passiv ticarət iştirakçısı statusuna keçiblər. Bəs o zaman dövriyyədəki nağd pul niyə artıb?
Azərbaycan əhalisi kütləvi şəkildə dollar alır. Bu bir faktdır. Lakin bu dollar kütləsini kimlər alır? Sadə vətəndaşlarmı, orta statistik azərbaycanlılarmı? Əlbəttə ki yox. Gundeminfo.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Razi Abasbəyli məlumat verib. Ekspertin fikirincə dollara olan tələbat manata olan təklifi azaldıb.

Ölkə daxilində dollar satışı kəskin artır

Kiçik bir araşdırma nəticəsində dövriyyədə olan nağd manatların həcminin artması tendensiyasının səbəblərini görmək olur. 2021-ci ilin yanvar ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd ABŞ dolları kütləsinin həcmi 325 milyon 402 min. ABŞ dolları təşkil edib. Bu göstərici 2020-ci ilin dekabr ayı ilə müqayisədə 36 fazi artım deməkdir.

Hələ banklara satılan dolların həcmi də fantastik səviyyədə azalıb. Vətəndaşlar banklara dollar satmırlar. Statistikaya əsasən cari ilin yanvar ayında ölkə əhalisinin banklara satdığı nağd dollar kütləsinin ümumi həcmi 67 milyon 729 min dollar təşkil edib ki, bu da aylıq 30,6 faiz illik müqayisədə isə 47,6 faiz azalma deməkdir. Yəni banklar dollar yığa bilmir. Əvəzində Neft Fondundan hərraca çıxarılaraq banklar vasitəsilə satılan dollarlar manatla alınır və dövriyyədən çıxır.

Təsəvvür edirsiniizmi? Kifayət qədər ciddi rəqəmlərdir. Əhalinin yalnız ərzaqa xərclədiyi pulun həcmi 2 milyard manat civarında qalıb. Başqa istiqamətlər üzrə, məişət ehtiyacları, geyim, mebel, istirahət və əyləncə xərcləri kəskin azalmaqda davam edir. Təhsil və səhiyyə xərcləri də eyni zamanda aşağı həddədir. Yəni vətəndaşlar yalnız yemək və qidalanmaya pul xərcləyirlər. O zaman satışı kəskin şəkildə artan dollarları kim alır?

Əlbəttə ki, ölkədən xaricə dollar çıxarılması üzrə müvafiq qanunlar var. u qanunlara əsasən hesabatlar açıqlanmalıdır. Rəsmi olaraq Azəraycandan çıxarılan dolların həcmində heç bir artım yoxdu. 2020-ci ildə də göstərici 2019-cu ildən aşağı olub. O zaman yalnız bir məntiq qalır, Azərbaycan əhalisi sürətlə dollar almağa başlayıb. Nəticə etibarilə də dollar satışı kəskin artır, dövriyyədəki nağd manat kütləsi çoxalır. Bu gedişlə ölkədə ilin ortalarında infilyasiyanın həddinin yüksəlməsi və dolların bahalaşması tendensiyası qaçılmaz olacaq. Bu gediş belə getsə...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
536 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...