Onlar Mehdiyevi özlərinə lider hesab edir

Onlar Mehdiyevi özlərinə lider hesab edir
...QAT-ın sədr müavini Barat bəy sorğu edir ki, Ağdamın deputatları-Bəxtiyar Əliyev və Bəxtiyar Sadıqovu bu müharibədə Ağdamda görən olubmu??? Deyir, ay jurnalistlər, araşdırın... Nəyi araşdıraq? Bəxtiyar Sadıqov bu Bahar ərəfəsində Ramiz Mehdiyevli günlərinin xiffətini çəkir. (My Webpage). Ağdamın İcra başçılarının əksəriyyəti mənim deputatlığa namizədliyimi geri götürməyimi israrla xahiş ediblər. Sədəf xalanın oğlu Bəxtiyar Sadıqov hərdən yazırdı ki, guya mən namizədliyimi geri götürməyi nəyinsə müqabilində etmişəm...

Onlar Mehdiyevi özlərinə lider hesab edir
Onlar Mehdiyevi özlərinə lider hesab edir


Bu savadsız saxta deputat- Mehdiyevçiyə deyən lazımdır və deyin ki, seçki nəticələrini bir dəfə ləğv etdirdim, Konstitusiya Məhkəməsi məcbur olub BMT və ATƏT rəsmilərindən keçə bilmədi, Bəxtiyar təkrar seçkiyə getdi. Bu Azərbaycanda ilk idi... Təkrar seçkidə isə nələr oldu?(o vaxtkı başçının və dəstəsinin yalvarışlı səs yazısı lazım olsa, təqdim ediləcək...). Bu Bahar onun burnundan gəlsin ki, mən doğulduğum Mərzili kəndindən guya 20 faiz səs toplamışdım, amma Bəxtiyar Sadıqov tanımadığı, üzünü görmədiyi bu əhalidən 78 faiz səs yığmışdır. Yalansa, Bahar və onun o vaxtı Moskvada qalan oğlu burnundan gəlsin... Bu dəfə isə Bəxtiyar Əliyev! Namizədlik dissertasiyası tapılmayan bu "akademik" (Allah, Xudu Məmmədov EA-nın müxbir üzvü idi, Bəxtiyar Əliyev də), Ramiz Mehdiyevin qızı ilə bir yerdə işlədiyinə görə elə bilir ki, dünyanın əşrəfidir...
Və ötən seçkidə kimlər qalmadı üstümüzə saldırmaya... Özü yaxşı bilir və... Və... Lazım olsa, rəsmi qaydada açıqlayaram... Barat bəy, məsələ ondadır ki, Ağdamı 20-25 il belələri ilə deputatlaşdırıb gözdən saldılar. Yəni, deputatı belə olan Ağdamın... Günah isə səndə, məndə və Ağdamlılardadır. Bambılıları Qarabağdan deputat elədilər... Bəxtiyar Əliyevin bir yaramaz, çirkin nümayəndəsi vardı, gəlib Mətbuat Şurasında (bu iki Bəxtiyarların at oynatdığı qondarma ictimai qurumda) mənə deyirdi ki, Ağdamın çörəyi sənə haramdır ki, Bəxtiyar Həmzə oğlunun saxta namizədlik dissertasiyasını araşdırırsan. Təsəvvür edirsiniz... Yuxarıda dedim, kiminsə qızının adından (!!!) bu cür istifadə edib karyerə qazanmaq nə deməkdir!??? Prezidentə imzalı müraciət hazırlayın ki, bu iki Bəxtiyar kimdir, kimin nəyidir ki, Ağdam kimi müqəddəs rayonu deputat kimi təmsil edir? Mən bunu beynəlxalq mətbuata çıxararam...
Asif MƏRZİLİ //tezadlar.az//



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1576 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...