Baba Rzayev 4 manatlıq şirkətə 9 milyon hədiyyə edir

Baba Rzayev 4 manatlıq şirkətə

"Azərişıq” ASC ümumi məbləği təxminən 9 milyon manata olan 2 satınalma müsabiqəsinə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderləri "Meqaplus" Firması və "Sabah Constraction” MMC udub.

Belə ki, "Meqaplus" Firması məbləği 4 milyon 283 min 703 manat 85 qəpik olan "ASAN xidmət” mərkəzlərinin "Azərişıq” ASC-yə aid olan layihələrə tələb olunan müxtəlif mal-materialların satın alınması, "Sabah Constraction” MMC isə məbləği 4 milyon 447 min 8 manat 77 olan "Elektrik avadanlıqların məsafədən avtomatik idarə olunması üçün elektromaqnitli aparatların satın alınması” müsabiqələrinin qalibi olub.

Qeyd edək ki, "Meqaplus” firması 24.04.2000-ci il tarixində dövlət qeydiyyatına alınıb. Sumqayıt şəhəri, Məh 3, ev 6/21, m. 14 ünvanında yerləşən "Meqaplus” firmasının qanuni təmsilçisi Seyidov Abuzər Bəkir oğludur.

Firma 28.02.2020 tarixindən indiyə kimi 8 satınalma müsabiqəsinin qalibi olub və şirkətlə 5 satınlama müqaviləsi bağlanılıb. Firmanin qalib gəldiyi 8 tenderin 3-nu "Azərişıq” keçirib.

"Meqaplus” firması barədə açıq internet resurslarda geniş məlumat mövcud deyil. Azsaylı məlumatlardan belə görünür ki, "Meqaplus” firması tikinti sektorunda fəaliyyət göstərir. Belə ki, şirkətin qalib gəldiyi tenderlərdə asvalt çəkmək, binalar sökmək, tikinti materialları satmaq və s. profillərdə fəaliyyət sahəsini görmək olur.

"Sabah Constraction” MMC isə 24.10.2019 tarixində yaradılıb. 4 manat nizamnamə kapitalına şirkətin hüquqi ünvanı Beyləqan rayonu, Təzəkənd kəndi göstərilir. Şirkətin qanuni nümayəndəsi Qafarov Cəlal Məmməd oğludur. Açıq informasiya mənbələrində şirkətin indiyə kimi satınalmalarda iştirak etmədiyi görünür.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
601 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...