Səfər Mehdiyev çətin durumda - görəvdən alına bilər
Azərbaycanda pandemiya səbəbindən əhalinin gəlirləri aşağı düşüb. Xarici ticarət dövriyyəsində isə azalma və ya geriləmə baş verməyib. İdxal ixracat əməliyyatları ötən illərin eyni dövrü ilə müqayisədə proqnozlara uyğun olaraq davam etməkdədir. Lakin nədənsə hazırda ölkədə gömrük daxilolmalarında azalmalar baş verməkdədir. Düzdür son iki ildə ölkəyə gələn turistlərin sayı kəskin olaraq azalıb.
Eyni zamanda ölkəni tərk edən vətəndaşların da sayında kəskin azalma müşahidə edilməkdədir. Belə bir zamanda dünyanın əksər dövlətləri daha həssas və yumşaq gömrük münasibətləri tətbiq etdiyi halda Azərbaycan gömrüyü iri və orta sahibkarlara qarşı daha amansız davranmaqdadır Təkcə 2021-ci ildə Dövlət Gömrük Komitəsindən narazı olan sahibkarlarla bağlı olaraq yerli mediada 130-dan çox şikayət yeyımlanıb. Dövlət başçısına müraciət edən sahibkarlar əsasən onlara qarşı gömrükdə qanunsuz olaraq əlavə pul tələb edilməsi, malların bəyan olunmasından sonra qiymətləndirilməsində ədalətsizlik edilyinə dair narazılıqlar bildirirlər.
Belə bir durumda isə dah çox insan narazı olmağa başlayır. Elektron ticarətlə bağlı olaraq vətəndaşların ay ərzində 300 ABŞ dollarından artıq mal sifariş etməsinə qadağa və limitin tətbiq edilməsi də daxili ticarət iştirakçılarının vəziyyətini ağırlaşdırıb. Bundan başqa Azərbaycana avtomobil idxal etmək istəyən vətəndaşlardan da kifayət qədər narazılıqlar eşidilməkdədir. Xüsusilə də gömrük əməkdaşlarının vətəndaşlara qarşı ədalətsiz yanaşması, qiymətləri istədikləri kimi şişirdərək rüsularıa artırmasına dair narazılıqlar yer alır.
Eyni zamanda idxal-ixrac prosseslərində iştirakçı olan iri sahibkarlara qarşı süni bürokratik əngəllər yaradılaraq onlardan dayanma və ya saxlanc üçün daha böyük rüsumlar alınır.
Bütün bunların fonunda isə bir müddət mediada daha çox görünən Səfər Mehdiyevi görmək mümkün deyil. Aldığımız məlumata əsasən Səfər Mehdiyevə artıq sərbəst olaraq açıqlamalar vermək yasaqlanıb. Belə ki, Mehdiyev bir neçə dəfə qalmaqallı açıqlamaları ilə gündəmə gəlib. Nəticədə böyük narazılığın ünvanı olan görmrüklə bağlı əhali arasında kütləvi etirazlar yayılıb.
Gundeminfo.az-a verilən məlumata əsasən yaxın günlərdə etimadı doğrulda bilməyən Səfər Mehdiyevlə siyasi qərarın verilməsi gözlənilir. Vətən Savaşı dönəmində bütün dövlət qurumlarının səfərbər olaraq Ali Baş Komandana və Ordumuza dəstək olduğu təqdirdə, nədənsə daha çox oliqarxların toplaşdığı məkan kimi bilinən Dövlət Gömrük Komitəsi haqqında bu təəssürat yaranmadı. Bütün bunlar isə yaxın zamanda gömrük orqanlarında köklü islahatlara başlamaq üçün ilk nəvbədə Səfər Mehdiyevin işdən alınacağı gözlənilir.
Gundeminfo.az olaraq qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
670 dəfə oxundu