Əli Həsənovla bağlı ŞOK İDDİALAR...

Amma nə hikmət idisə, əsas qapıdan içəri yalnız qısa ətəkli, gözəl simalı qızlar buraxılırdı. Biz isə əlavə girişdə müsabiqəyə girmək üçün növbə gözləyirdik. Əlqərəz, burada mənə növbə çatmayacağını yəqin etdikdən sonra, əsas girişdən keçən və bir neçə dəqiqədən sonra gülə-gülə bayıra çıxan qızlardan birinə yaxınlaşdım. Sevincək mənə işə qəbul olunduğunu dedi. Daha təfərrüata varmadan oradan uzaqlaşdım. O vaxt baş verənləri indi tam təfərrüatı ilə anlayıram. Sən demə, jurnalistika təhsili və qabiliyyəti olmayan bu “gözəlçə”lər televiziyalara işə düzələrək sonradan eyş-işrəti özünə peşə seçən Əli Həsənov üçün “yem”ə çevriliblər. Həmin “gözəlçə”lər sonradan Həsənovun “xeyir-duası” ilə gündüzlər televiziyalarda aparıcılıq ediblər, gecələr isə sabiq media maqnatına “həmdərd” olublar. Bütün bunlar bir faktdır. Mən hələ televiziyalara işə düzələrkən verilən ilk sualdan danışmıram. Bir dəfə televiziyalardan birinin xəbər rəhbəri söhbət zamanı mənə “Sən Əli Həsənovu vurmusan” sualını verəndə heç təəccüblənmədim.
Çünki illərlə televiziyalarda işə düzəlmək istəyənlərin bəlkə də hamısına verilib bu sual. Təəssüf ki acı həqiqətdir bu… Onu da qeyd edim ki, bütün bu faktlar barədə bir vaxt Həsənovun yanında işləyən şəxslər də danışıblar. Lakin məlum səbəblərdən onların kimliyi haqda yazmamağı daha məqsədəuyğun hesab edirəm. Həmin şəxslərin dili ilə desək, Əli Həsənova, onun dayısı oğlu Məmməd Cəfərov və digər yaxın ətrafına televiziyalardan “gözəlçə”ləri taksi ilə aparıblar. Sonradan eyş-işrət məclisinin iştirakçılarının hamısı televiziyalarda vəzifə sahibləri olublar.
Təəssüf ki, bu gün də Əli Həsənovun tör-töküntüləri media cameəsində “at oynadırlar”. Özü vəzifədə ola-ola, iqtidarda təmsil edilə-edilə “İqtidar bu gün var, sabah yoxdur” deyən bir adamdan bundan artıq nəyisə gözləmək də sadəlövhlük olardı. Mediada Həsənovun haqsızlıqları ilə üzləşənlərin, onun “qara siyahısı”na, işini itirməmək, yaxud “karyera” qurmaq üçün, məhəbbət toruna düşənlərin ən böyük gözləntisi yalnız və yalnız İlahi ədalətdir. Çünki bu dünyanın məhkəməsindən canını qurtarsa də, Əli Həsənovun HAQQ mühakiməsindən qaça bilməyəcəyi dəqiqdir…
Natiq Səlim,
KONKRET.az
579 dəfə oxundu