Daşkəsənin başçısı ilə bağlı ilginc iddialar

Daşkəsənin başçısı ilə bağlı ilginc

Bir müddət öncə Daşkəsən rayonunun Xoşbulaq kənd Bələdiyyəsinin sədri Allahverdiyev Rasim Məhəmməd oğlunun və ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri işləmiş Şahbaz Mehdiyevin saxlanılmasıyla bağlı mediada məlumat yayılmışdı. Belə ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində hər iki şəxs korrupsiya və torpaq satışı ilə bağlı yol verdikləri qanunsuz əməllərə görə saxlanılıb.

Məlumata görə, saxlanılan şəxslər saxlanıldıqdan sonra azadlığa buraxılıblar. Lakin, bir həftə sonra yenidən həbs ediliblər. Vəzifəli şəxslər vətəndaşlardan təsərrüfat ərazilərini zorla alaraq, qanunsuz şəkildə müəyyən işbazlara satıblar.

Mənbənin “Hürriyyət”ə verdiyi məlumata görə, Dövlət Təhükəsizliyi Xidmətinin əməkdaşları yenidən Daşkəsən rayonunda olublar. DTX əməkdaşlarının Daşkəsəndə olmasının əsas səbəbi isə torpaq sahələrinin vətəndaşlardan alınaraq işbazlara satılmasıyla bağlıdır. Ehtimala görə, qanunsuz olaraq torpaq sahələrinin satışı birbaşa Daşkəsənin icra başçısı vasitəsi ilə həyata keçirilib. Görünür ki, bu məsələ hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırılır.

Odur ki, informasiya təsdiqini taparsa, deməli məsuliyyətə cəlb olunan icra başçıları kimi Əhəd Abıyevin həbsi də heç də uzaqda deyil.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
404 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...