İşçinin HAQQINI YEYİRLƏR...

"Mən Arzu Babayeva, Sumqayıtda “Qayalımarket” şəbəkəsinin marketlərinin birində satıcı işləmişəm. Marketimizin bağlanması ilə əlaqədar işdən çıxarılmışam. İşdən çıxarılmaqla bağlı nə xəbərdar olunmuşam, nə də müavinət almışam". Bu barədə DİA.AZ-a göndərilən müraciətdə deyilir.
Müraciətdə daha sonra bildirilir: "5 ilə yaxın işləmişəm. Bir dəfə də olsa məzuniyyətə buraxılmamışam.İşdən çıxarılanda istifadə etmədiyim məzuniyyətlərə görə son haqq hesab da mənə ödənilməyib. İş rejimimiz də sanki quldarlıq dövründəki kimi idi. Həftədə qanunvericilyə əsasən iş vaxtı 40 saat nəzərdə tutulsa da biz həftədə 6 gün hər gün 12 saat olmaqla işləmişik. Cənab Prezidentimiz İlham Əliyev çıxışlarının birində qeyd etmişdi ki, işçini 8 saatdan artıq işlətmək qanunsuzdur. Mən və Qayalının bir çox işçiləri böyük ümidlə Sumqayıtda “Bravomarketin” açılmasını gözləyirik ki,bəlkə orada özümüzə iş tapa bildik. Çünki Bravoda işçilərə insani münasibət var. Xahiş edirəm yazdıqlarımı saytınızda ictimailəşdirəsiz ki müvafiq orqanlar bilsin ki ,Qayalımarketdı nə qanunsuzluqlar baş verir".
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
919 dəfə oxundu